SON XƏBƏRLƏR

İran nümayəndəsinin Qarabağla bağlı iddiası Təbriz mediasında tənqid edildi

2023.10.13, 09:11
İran nümayəndəsinin Qarabağla bağlı iddiası Təbriz mediasında tənqid edildi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydərinin Azərbaycanın ərazi bütövlüyünə zidd fikirləri Təbrizin yerli mediası tərəfindən tənqid edilib.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşri paylaşım edib.

Təbriz nəşri qeyd edib ki, millət vəkilinin bu iddiası hətta İran rəhbəri Əli Xaməneinin də Qarabağla bağlı çıxışına zaddir.

Qeyd edək ki, yüzlərlə güneyli sosial media istifadəçisi Şəhriyar Heydərinin müsahibəsinə münasibət bildirib, onu əsassız iddialarına görə qınayıblar. 

Bir çoxları onun bu müsahibəsinə görə azərbaycanlılardan üzr istəməli olduğunu deyib, bunun reallaşması ilə bağlı İran parlamentinə müraciət edəcəklərini yazıblar.

Qeyd edək ki, Şəhriyar Heydəri oktyabrın 9-da SEPAH-a bağlı "Javan" xəbər agentliyinə müsahibəsində Qarabağın Ermənistan torpağı olduğunu və Azərbaycan dövlətinin orada hakimiyyətini qura bilməyəcəyi barədə fikirlər səsləndirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar