SON XƏBƏRLƏR

BMT güneyli hüquq müdafiəçisi ilə bağlı bəyanat yaydı

2023.10.13, 14:49
BMT güneyli hüquq müdafiəçisi ilə bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının ekspertləri keçən həftə 2023-cü il Nobel Sülh Mükafatını alan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Gunaz.tv

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İşçi Qrupunun bəyanatında bildirilib.

"Təəssüf ki, İran hakimiyyəti xanım Məhəmmədinin həbsxanada səhhətinin pisləşməsi barədə tibb ekspertlərinin tövsiyələrinə və xəbərdarlıqlarına baxmayaraq, İran hökuməti beynəlxalq insan hüquqları qanunları qarşısında öhdəliklərinə əməl etmir və xanım Məhəmmədini həbsdə saxlamaqda davam edir",- bəyanatda qeyd edilib.

Xatırladaq ki, xanım Məhəmmədi son illərdə İran rejimi tərəfindən xalq etirazlarının zorakılıqla yatırılmasını tənqid etdiyinə, siyasi məhbusları dəstəklədiyinə, İran həbsxanalarında məhbuslara verilən işgəncləri və psixoloji təzyiqləri ifşa etdiyinə görə dəfələrlə həbsə atılıb.

21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar