SON XƏBƏRLƏR

İsrail səfiri: HƏMAS-la məsələni həll edəndən sonra hədəfimiz İrandır

2023.10.14, 11:19
İsrail səfiri: HƏMAS-la məsələni həll edəndən sonra hədəfimiz İrandır

İsrailin BMT-dəki səfiri Gilad Ardan HƏMAS-ı dəstəklədiyi üçün dünyanı İrana qarşı beynəlxalq hərbi təhdid etməyə çağırıb.

Gunaz.tv

O, bu barədə xarici mediaya açıqlamasında deyib.

"Ayətullahlar rejimi bu gün tam olaraq İkinci Dünya Müharibəsində Almaniyanın nasist rejiminə çevrilib. Dünya anlamalıdır ki, onları ciddi şəkildə hərbi təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün ciddi təhlükədir",- səfir qeyd edib.

O, İsrailə qarşı hücumlarda İranın əli olduğuna 100% əmin olduqlarını deyib və Tehranın bölgədə proksi qüvvələrini silahlarla təmin etdiyinə diqqət çəkib.

"Həmas ahtapotun ayaqlarından yalnız biridir. Onlarla problemimizi həll edən kimi İsrailin əsas prioriteti İran təhlükəsi ilə mübarizə aparmaq üçün dünyanı birləşdirmək olacaq",- Gilad Ardan bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar