SON XƏBƏRLƏR

Kəndivan dünyanın ən yaxşı turizm kəndi siyahısında qeydə alındı

2023.10.20, 10:39
Kəndivan dünyanın ən yaxşı turizm kəndi siyahısında qeydə alındı

Şərqi Azərbaycan əyalətinin Kəndivan kəndi Dünya Turizm Təşkilatının ən yaxşı beynəlxalq turizm kəndləri siyahısında qeydə alınıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, İran kəndlərindən Ümumdünya Turizm Təşkilatına (UNWTO) təqdim edilən səkkiz iş arasında Şərqi Azərbaycan əyalətinin “Kəndəvan”ı dünyanın ən yaxşı turizm kəndləri siyahısında ölkə üzrə ilk kəndi kimi qeydə alınıb.

Bu, hazırda Özbəkistanın Səmərqənd şəhərində keçirilən Dünya Turizm Təşkilatının 25-ci Baş Assambleyası çərçivəsində ən yaxşı turizm kəndlərinin elan edilməsi mərasimində baş tutub.

İranın İsfahan, Loristan, Kürdüstan, Mazəndəran, Gilan, Qeşm və Kirman əyalətlərinin hər birindən namizədliyi verilən kəndlərin heç biri qeydə alınmayıb.

Qeyd edək ki,  Şərqi Azərbaycan əyalətinin tarixi, tanınmış, görməli və turistlərin diqqətini çəkən kəndi - Kəndivan Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. 

Üskünün 18 kilometrliyində yerləşən 700 illik Kəndin evləri qayalar içində tikilib. Kəndivanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində mövcuddur. 

Hazırda Kəndin 168 evində təxminən 600 nəfər yaşayır. Əhalının əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar