SON XƏBƏRLƏR

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 3 il ötür

2023.10.21, 11:07
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 3 il ötür

Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

Gunaz.tv

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Rayonun, o cümlədən Mincivan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bundan başqa, 2020-ci ilin noyabr ayının 8-də Mincivan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sərhəd zastavasının açılışı olub.

Burada Azərbaycan Dövlət bayrağı ucaldılıb və sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Zəngilan rayonunun Mincivan qəsəbəsində səfərdə olublar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar