SON XƏBƏRLƏR

İranda həbs edilən azyaşlıların sayı açıqlandı

2023.10.23, 16:09
İranda həbs edilən azyaşlıların sayı açıqlandı

2023-cü ilin başlanmasından bu günə kimi təhlükəsizlik məmurları İranda 18 yaşından aşağı 201 uşaq və yeniyetməni həbs ediblər.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, həbs olunanlardan 135-i sünni məzhəbli etnik bəluçlardırlar.

Bununla yanaşı təşkilatın məlumatında son bir ay ərzində İran həbsxanalarında 59 məhkumun edam edildiyi qeyd edilib.

Edam edilənlərin əksəriyyətinin narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

"İranda həyata keçirilən edam faktlarının 75%-i dövlət tərəfindən rəsmi şəkildə elan edilmir və insan haqları təşkilatları buna gizli edam adı veriblər",- məlumatda qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar