SON XƏBƏRLƏR

Ölkədə məscidlərin sayı xəstəxanların minimum 55 qatı qədərdir

2023.10.25, 12:38
Ölkədə məscidlərin sayı xəstəxanların minimum 55 qatı qədərdir

İranda hər bir dövlət və yaxud özəl xəstəxanaya nisbətdə azı 55 məscid var.  

Gunaz.tv

İranın Açıq Datalar Bazasının tədqiqat hesabatına əsasən, ölkədə məscid sayı barədə dövlət tərəfindən rəsmi statistika açıqlanmır. Lakin dini qurumların məlumatları və təbliğatlarının analizi nəticəsində ölkə üzrə 55-79 min məscidin fəaliyyət göstərdiyi müəyyən edilib. 

Bu informasiya dini qurum olan Hidayət Müəssisəsinin respublikada məscidlərin fəaliyyət səviyyələrini qiymətləndirməsinə əsasən əldə olunub. 

Müəssisə üzdə müstəqil olsa da, əslində onun dini heyətinin sədri İranın İslami Təbliğat Təşkilatının səridir və bu təşkilatın nəzarəti ilə fəaliyyət göstərir. 

Həmin müəssisə məcidlərin fəaliyyətini çox aktiv, aktiv, bir qədər aktiv, zəyif və qeyr-aktiv qiymətləndirib. Bu qiymətləndirmənin nəyə əsasən olduğu bəlli deyil.

 Lakin belə görünür ki, məscidlər tərəfindən dini mərasimlərin keçirilməsi və dini təbliğat əsas götürülüb.

Xatırladaq ki, İranda məscidlərdən başqa yüzlərlə türbələr, xeyli sayda səyyar imamzadalar fəaliyyt göstərir. 

Bundan əlavə, taxrixi dini şəxsiyyətlərin il ərzində müxtəlif vəfat, doğum günləri, o cümlədən Tasua və Aşura mərasimləri keçirilir. Habelə, televiziya və radio kanalaları dini təbliğata saatlarla vaxt ayırır. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar