SON XƏBƏRLƏR

Hicab qaydalarını pozan sənətçilər cəzalandırılacaq

2023.10.26, 14:39
Hicab qaydalarını pozan sənətçilər cəzalandırılacaq

İranın mədəniyyət və irşad naziri Məjəmməd Mehdi İsmaili məcburi hicab qaydalarını pozan qadın sənətçi və aktyorların fəaliyyətinə qadağa qoyulacağını deyib.

Gunaz.tv

O, bu barədə yerli mediaya açıqlamasında bildirib.

"Dəfələrlə demişəm və bir daha təkrar edirəm, hicab qanundur və qanunu pozanların işləməsinə icazə verilməyəcək",- İsmaili xəbərdarlıq edib.

Qeyd edək ki, son aylar İran kinosunun tanınmış sənətçiləri Baran Kosəri, Vişka Asayeş, Təranə Əlidusti, Kətayun Riyahi, Pantea Bəhram, Henqame Qaziyani, Peqah Ahəngərani, Məryəm Bubani, Gülab Adine, Fatimə Mötəmidarya, Şəqayeq Dehqan, Əfsanə Bayqan, Aban Əsgəri və başqalarının fəaliyyəti qadağan edilib.

Adı çəkilənlərdən bir neçəsi saxlanılılıb, mühakimə olunub və girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar