SON XƏBƏRLƏR

İranda uşaq yeməyi qıtlığı yaranıb

2023.10.30, 12:19
İranda uşaq yeməyi qıtlığı yaranıb

İranın bütün bölgələrində uşaq yeməyi və quru süd qıtlığı yaranıb.

Gunaz.tv

Oktyabrın 28-də quru südün qiyməti yenidən 30% bahalaşıb və valideynlərə şəxsyyət vəsiqəsinin nömrəsi (milli kod) və həkim resepti ilə çox məhdud şəkildə verilməyə başlanılıb.

Valideynlər əczaxanalarda və uşaq qidaları satılan mağazalarda onu əldə edə bilmədiklərini deyirlər.

Bir sıra əczaçılar quru süd qıtlığını onun rasionlaşdırması ilə əlaqələndiriblər.

Lakin ekspertlər hesab edir ki, qıtlığa xammalın olmaması və südün kəskin bahalaşması səbəb olub.

Sosial mediada paylaşım edən valideynlər bildiriblər ki, sosial güzaranın onsuz da ağır olduğu bir dönəmdə uşaq qidalarının bahalaşması və yoxa çıxması insanların durumunu daha da pisləşdirir.

Bu, hakimiyyətin çoxuşaqlılğı təbliğ etməsi ilə eyni vaxta təsadüf edir. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar