SON XƏBƏRLƏR

Bezmiş vətəndaş islam qaydalarına çağırış edəni döyüb

2023.10.30, 14:43
Bezmiş vətəndaş islam qaydalarına çağırış edəni döyüb

İranın Şahrud rayonu polis komandirinin bildirməsinə görə islam qaydalarına çağırış edəni döyən şəxs saxlanılıb.

Gunaz.tv

Quranın çoxlu surələrində qeyd olunmuş “Əl-Əmr Bil-Məruf və Əl-Nəhy Ən Əl-Münkər” (الأمر بالمعروف و النهي عن المنكر) ifadəsi “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” anlamında olmaqla bunun hər bir müsəlmana öhdəlik və vacib olduğunu bildirir. 

İfadəyə əsasən hər şəxs İslama zidd zənn etdiyi başqalarının hərəkətinə müdaxilə etməli və İslam qaydalarına çağırmalıdır.

“İslam qaydalarına çağırış edən vətəndaş rayonun alış mərkəzlərinin birində Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə öhdəliyini yerinə yetirərkən mağaza sahibi tərəfindən söyülərək döyülüb.

 Olaydan sonra Polis Bölməsinin məmurları hadisə yerinə göndərilib. Vətəndaşı söyən şəxs saxlanılaraq tədqiqat üçün məhkəmə orqanına verilib.” -deyə Şahrud rayonu polis qüvvlərinin komandiri Əlirza Şahini açıqlayıb. 

Xatırladaq ki, həmin ifadənin göstərişinə məruz qalmış gənc qız Armita Qranvənd İslam qayadlarına çağırış edən bir şəxs tərədindən döyülməklə 28 gün komada qalandan sonra oktybarın 28-də həyatını itirmişdir. 

İran əhalisi aşırı dini təbliğata məruz qalaraq artıq həyatlarının sərbəstliyi pozulduğuna görə bezmə həddinə çatıblar.

Beynəlxalq hüquq normaları və insan haqlarına əsasən heç bir şəxs başqasının həyatına müdaxilə etmək hüququna malik deyil.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar