SON XƏBƏRLƏR

Nobel mükafatçısı BMT-yə müraciət etdi: İran İctimai Assambleyaya sədrlikdən uzaqlaşdırılsın!

2023.11.01, 12:09
Nobel mükafatçısı BMT-yə müraciət etdi: İran İctimai Assambleyaya sədrlikdən uzaqlaşdırılsın!

Tehranın Evin həbsxanasında məhkumluq dövrünü yaşayan güneyli Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi BMT-nin Baş katibi Antonio Quterresə məktub yazıb.

Gunaz.tv

Bu barədə Məhəmmədinin adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

"Mövcud rejim İran cəmiyyətini və qadınlarını ölüm, ya da məcburi hicab arasında seçim etmək vəziyyətinə salıb. İranın Birləşmiş Millətlər Təşkilatının İctimai Assambleyasının sədrliyindən qətiyyətlə uzaqlaşdırılmasını istəyirik",- Məhəmmədi məktubunda bildirib. 

Qeyd edək ki, 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar