SON XƏBƏRLƏR

Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyinə söz verib

2023.11.01, 13:31
Netanyahu Qəzzadakı əməliyyatların qələbəyə qədər davam edəcəyinə söz verib

İsrail Baş naziri Benyamin Netanyahu əməliyyatların qələbəyə qədər davam edəcəyini deyib. Bu barədə İsrail hökumət başçısı müraciətində bildirib.

Gunaz.tv

"Biz çətin müharibədəyik. Bu, uzun bir müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz, eyni zamanda ağrılı itkilərimiz var.

Bilirik ki, əsgərlərimizin hər biri ayrıca bir dünyadır. Bütün İsrail xalqı sizi, ailələrinizi ürəkdən qucaqlayır.

Belə kədərli bir zamanda hamımız sizinləyik. Əsgərlərimiz haqsız müharibədə, evimiz uğrunda gedən müharibədə həlak olublar.

Sizə - İsrail vətəndaşlarına söz verirəm: işi başa çatdıracağıq. Qələbəyə qədər davam edəcəyik",- Netanyahu bildirib.

Qeyd edək ki, bu gün son rəsmi açıqlamaya görə, İsrail Qəzzada quru əməliyyatalara başladığı 27 oktyabrdan bu günə qədər 12 İsrail əsgəri həlak olub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar