SON XƏBƏRLƏR

Güneyli məhbus fəala təzyiq göstərilir

2023.11.03, 10:59
Güneyli məhbus fəala təzyiq göstərilir

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizinin ailəsi ilə görüşü və telefon əlaqəsinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, 40 gündən çoxdur qeyri-müəyyən şəraitdə və ittiham elan olunmadan həbsdə saxlanılan fəalın girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına icazə verilmir.

Qeyd edək ki, keçmiş siyasi məhbus Yaşar Təbrizini sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları həbs edib.

Bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də "hökumətə qarşı təbliğat" ittihamına görə bir illik həbs qərarı çıxarılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar