SON XƏBƏRLƏR

İranın İnsan Haqları Sosial Forumuna başçılığına qarşı petisiya başlanıb

2023.11.03, 12:01
İranın İnsan Haqları Sosial Forumuna başçılığına qarşı petisiya başlanıb

İran BMT-nin İnsan Haqları Sosial Forumuna noyabrın 2-dən başçılığı barədə BMT-nin fəaliyyətinə nəzarət edən “UN Vatch” qeyri-hökumət təşkilatı məlumat yayıb. 

Gunaz.tv

İran hakmiyyətinin insan haqlarını hərtərəfli pozduğu bir halda bu ölkənin Sosial Forumun başmılığına keçməsi “UN Vatch” qeyri-hökumət təşkilatının direktoru tərəfindən tənqid atəşinə tutulub.

“Bu bir zarafat deyil: İranın İslami Rejimi BMT-nin İnsan Haqları Sosial Forumunun sədrliyinə keçib.”-deyə təşkilatın saytında vurğulanıb.

Həmçinin İranın BMT-nin belə bir önəmli qurumun sədrliyinə keçməsinə qarşı təşkilatın saytında “İran İslam Repsublikasının BMT-nin İnsan Haqları Sosial Forumun Sədrliyini Dayandır” başlığı ilə petisiya başlanılıb.

“İran İslam Repsublikasının BMT-nin İnsan Haqları Sosial Forumuna 2023-cü il, noyabrın 2-dən sədrliyi başlanıb. 

Biz BMT-dən soruşuruq: haqlarını tələb edən qadınları döyən, kor, işkəncə edən və təcavüzə məruz qoyan bir rejimi yüksəltmək olarmı? 

Bu hansı məntiqə sığışır? Mənəviyyat yox olubmu?”-deyə petisiyada qeyd olunub.
Petisiyanı imzalamaq və paylaşmaq üçün tiklayın: İran İslam Repsublikasının BMT-nin İnsan Haqları Sosial Forumun Sədrliyini Dayandır

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar