SON XƏBƏRLƏR

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları təsdiqlədi

2023.11.04, 10:36
ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı neft sanksiyalarının gücləndirilməsi layihəsini təsdiqləyib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Layihə noyabrın 3-də Nümayəndələr Palatasının üzvlərinin lehinə 342 səs, əleyhinə cəmi 69 səslə qəbul edilib.

Bu plana əsasən, xarici limanlar və neft emalı zavodları İrandan ixrac olunan nefti aldıqları və ya saxladıqları təqdirdə ABŞ tərəfindən sanksiyalara məruz qalacaqlar.

Bu layihənin qanuna çevrilməsi üçün Senat tərəfindən təsdiq edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.

Layihə müəlliflərindən olan respublikaçı Mayk Louler və demokrat Jared Moskovitz bununla bağlı bəyanat yayıblar.

"Bu layihə Çin, Rusiya və başqalarına mesaj verir ki, sanksiyalardan yan keçməsi və terrorizmi maliyyələşdirməsi üçün İrana kömək etməsinlər, əks halda bunun nəticələri ilə üzləşəcəklər",- bəyanatda bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar