SON XƏBƏRLƏR

Urmuda tibb işçiləri etiraz aksiyası keçirdilər

2023.11.05, 17:03
Urmuda tibb işçiləri etiraz aksiyası keçirdilər

Qərbi Azərbayca əyalətinin mərkəzi Urmiya şəhərində tibb bacıları etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial mediada paylaşım ediblər.

Tibb bacıları onsuzda az olan əmk haqlarının vaxtında ödənilməməsi və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasından narazılıqlarını bildiriblər.

Bu, hökumətin tibb bacılarına ödəməli olduğu əlavə tarifin 90 min tümən (təxminən 3 AZN) civarında təyin edilməsindən sonra baş verib.

Tibb bacıları belə bir məbləğin ödənilməsini özlərinə qarşı təhqir hesab etdiklərini deyiblər.

Qeyd edək ki, hazırda İranda tibb bacılarının ortalama əmək haqqı 10 milyon tümən (təxminən 190 dollar) civarındadır.

Bu, hər ay yüzlərlə tibb bacısı və tibb işçisinin İranı tərk edərək başqa işləmək üçün başqa ölkələrə getmələrinə səbəb olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar