SON XƏBƏRLƏR

Kanadalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını təklif edib

2023.11.06, 10:49
Kanadalı səyyah Xudafərin körpüsünün UNESCO-nun İrs Siyahısına salınmasını təklif edib

"Artıq ikinci dəfədir ki, Azərbaycanda səfərdəyəm. Həqiqətən bu ölkəyə səfərdən həzz alıram". Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, kanadalı səyyah Erik Abtan deyib.

Gunaz.tv

Kandada, Almaniyada yaşayan azərbaycanlı dostlarının olduğunu bildirən səyyah vurğulayıb ki, onlar Azərbaycan haqqında ona çox maraqlı söhbətlər ediblər: “Mən burada gözəl şəkillər çəkmişəm.

Qarabağ, bu dağlar, bu mənzərə çox gözəldir. Həmçinin sizin mətbəxiniz, mən Azərbaycan yeməklərini sevirəm. Bu regionun turistik potensialı fantastikdir, siz bir bu körpüyə baxın! Mən təəcübləndim ki, buranı necə olub UNESCO-nun mədəni İrs Siyahısına salmayıblar. Hesab edirəm ki, körpü bu siyahıda yer almağa layiqdir.

Düşünürəm ki, illər sonra bura səfər edəndə biz burada çoxlu insan görəcəyik və bu körpünün xüsusi statusu olacaq”.

Səyyah deyib ki, Kəlbəcər və Laçının potensialı da xüsusidir: “ Oranın təbiəti, oradakı quşlar çox gözəldir". 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar