SON XƏBƏRLƏR

İran: "Metsamur AES-ı Arazı çirkləndirmir"

2023.11.06, 14:59
İran: "Metsamur AES-ı Arazı çirkləndirmir"

İranın ًQeyri-hərbi Müdafiə Mərkəzi Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının Araz çayını çirkləndirmədiyi barədə bəyanat yayıb.

Gunaz.tv

Bu barədə mərkəzin Şərqi Azərbaycan əyaləti üzrə baş direktoru Məhəmməd Beyg bildirib.

O, Ermənistanda Metsamur AES-də monitorinq aparıldığını və stansiyanın Araz çayının radiasiya ilə çirkləmədiyini deyib.

"Bu Atom Elektrik Stansiyası təhlükəsiz vəziyyətdədir, belə mərkəzlərin mövcudluğu potensial təhlükəli olsa da, hazırda Metsamur Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyət göstərir",- Beyg qeyd edib.

Xatırladaq ki, Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ağır xəsarətlər dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb.

Bununla bağlı dinc aksiya keçirən və Ermənistanın Araz çayını çirkləndirməsinə etiraz edən 7 mədəni fəal iyulun 15-də Xudafərin bölgəsində həbs edilib.

Ekoloji fəlakətin qarşısını almağa çağıran fəallara qarşı "hakimiyyət əleyhinə təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar