Nazir Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Estoniyaya təşəkkür edib

01.11.2021, 22:50

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edib və bu xüsusda, ikitərəfli parlament ölçüsünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, iki ölkənin parlamentlərinin rəhbərləri arasında həyata keçirilən görüşlərin, eləcə də qarşılıqlı ikitərəfli səfərlərin vacibliyini bildirib. Nazir gələn ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu vurğulayıb və bununla bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan və Estoniya arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini səsləndirib.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. 

O, Estoniya tərəfinin Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə verdiyi dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. 

O, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.

Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sester ətraflı məlumata görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. 

Estoniya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət ilə bağlı mövqeyin birmənalı xarakter daşıdığı vurğulanıb. Sven Sester azad olunmuş ərazilərin sürətlə inkişafı baxımından mina xəritələrinin təqdim edilməsinin vacib olduğunu bildirib. 

O, səfəri çərçivəsində mövcud olan vəziyyətlə tanış olmaq məqsədilə azad edilmiş ərazilərə baş çəkəcəklərini və Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlarını bildirib.

Görüş zamanı qarşı tərəfə hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ilə bağlı məlumat təqdim edilib. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qəzvində bələdiyyə başçısı həbs olunub

2021-12-09

gun az article

Sərəskənddə telekomunikasiya xidməti yararsız vəziyyətdədir

2021-12-09

gun az article

Ana dilində təhsil mübahisəsi: Təbrizili deputat Əhməd Nadirini konstitusiyaya qarşı çıxmaqda ittiham etdi

2021-12-09

gun az article

Qarabağa görə həbs olunan ərdəbilli fəallarla bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb

2021-12-09

gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07