SON XƏBƏRLƏR

İsrail kiber hücumlara qarşı elektron qübbə yaradır

2024.05.03, 15:45
İsrail kiber hücumlara qarşı elektron qübbə yaradır

İsrail kiber hücumlara qarşı elektron qübbə yaradır

Gunaz.tv


İsrailin Milli Kiber İdarəsinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəisi 7 oktyabr müharibəsi başlanandan sonra İran və bölgədə müttəfiqləri tərəfindən ölkəyə qarşı kiber həmlələrin artdığını deyib.

Aviram Atzaba bu barədə məlumat verərək kiber həmlələrin “səssiz və görüməz müharibə” olduğunu deyib. 

O, həmçinin Qəzza müharibəsinin başlandığı gündən 800 böyük kiber həmlənin qarşısı alındığını bildirib. 

İsrailin Milli Kiber İdarəsinin Beynəlxalq  Əməkdaşlıq Şöbəsinin rəisi kiber həmlələrin dövlət orqanlarına, hərbi və sivil infrastrukrurlara olunduğunu, lakin hələ ciddi xəsarətlər törədilmədiyini deyib. 

Atzaba iranlı hakerlər tərəfindən kiber həmlələrin qarşısını almaq məqsədi ilə ölkəsinin “elektron qübbə” yaratmaq niyyətində olduğunu bildirib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar