SON XƏBƏRLƏR

Britaniya- İran bölgədəki qeyri-sabitliyə görə məsuliyyət daşıyır

2024.05.04, 12:22
Britaniya- İran bölgədəki qeyri-sabitliyə görə məsuliyyət daşıyır

İran özünün qanunsuz proksi qüvvələri ilə bölgədə sabitliyi pozan bir çox əməllərə görə məsuliyyət daşıyır.

Gunaz.tv

Bunu Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

"Ona görə də İran tətbiq etdiyi sanksiyaların kimisə qorxudacağını düşünürsə, tamamilə səhv edir”,- nazir bildirib.

Qeyd edək ki, İran Britaniyanın İsraili dəstəklədiyini iddia edir və buna görə bu ölkənin müxtəlif şəxs və qurumlarına sanksiya tətbiq edib.

Sanksiyalar siyahısına Britaniyanın müdafiə naziri Qrant Şapps, krallığın silahlı qüvvələrinin yüksək vəzifəli rəsmiləri, İngiltərənin Kiprdəki Akrotiri hərbi bazası və üç şirkətin adı salınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar