SON XƏBƏRLƏR

Qətər Amerikanın enerji layihələrinə 20 milyard dollar yatıracaq

2021.10.20, 07:36
Qətər Amerikanın enerji layihələrinə 20 milyard dollar yatıracaq

Gunaz.tv

GünAz TV: Qətər Amerika Birləşmiş Ştatlarının (ABŞ) enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səəd bin Şrid əl-Kaabi bildirib.

 

O, qeyd edib ki, ölkəsi 5 il ərzində Birləşmiş Ştatların enerji layihələrinə 20 milyard qoyacaq.

 

Nazirin sözlərinə görə, söhbət təbii qaz və neftin çıxarılmasından gedir. Səəd bin Şrid əl-Kaabi həmçinin əlavə edib ki, ABŞ maliyyə yatırılması nöqteyi-nəzərincə çox perspektivlidir. 

 

Daha əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib ki, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, qoşununu Suriyaya yeritməlidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar