SON XƏBƏRLƏR

İranda öldürülən etirazçı sayı 201 nəfərə çatıb

2022.10.13, 09:01
İranda öldürülən etirazçı sayı 201 nəfərə çatıb

Gunaz.tv

Təşkilatın başçısı Mahmud Əmiri Müqəddəm məsələ ilə bağlı verdiyi açıqlamada etiraz aksiyaları keçirməyin vətəndaşların hüququ olduğunu deyib və hökumətin repressiyalarını pisləyib.

O, xüsusilə Sistan-Bəluçistan əyalətində ölü sayının daha çox olduğunu deyib və hökumətin yeni repressiyaları barədə xəbərdarlıq edib.

İnsan haqları təşkilatının açıqladığı hesabatda İranın 17 əyalətində onlarla insan öldürülsə də, ən çox insan itkisi Sistan-Bəluçistan, Mazəndəran, Gilan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərindı qeydə alınıb.

Təşkilatın məlumatında Sistan-Bəluçistan əyalətində 93, Mazəndəran əyalətində 28 nəfər, Gilan 12, Qərbi Azərbaycan 12, Kürdüstan 14, Kirmanşah 7, Tehran 11, Kirmanşah 8, Əlborz 5, Xorasan-i Rəzəvi 3, Kohgiluyə və Boyerəhməd 2, İsfahan 3, Zəncan 2, Qəzvin 2, Şərqi Azərbaycan 2, Simnan 1, Xuzistan 1,  İlam 1 və Buşehrdə 1 nəfərin güllələnərək öldürüldüyünü bildirilib.

Ağır yaralı sayının çox olduğuna görə, ölü sayının artacağı ehtimal edilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar