SON XƏBƏRLƏR

Tehran artıq kimisə hədələmə siyasətini unutmalıdır

2021.10.20, 07:36
Tehran artıq kimisə hədələmə siyasətini unutmalıdır

Gunaz.tv
MDQB İranın Azərbaycana münasibətini kəskin şəkildə pisləyir Teyyub Qənioğlu: "Tarif Şurasının əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən çox artırması qərarı əsassızdır" Dünən Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının toplantısı keçirilib. Sədrlər Şurası İran-Azərbaycan münasibətləri və Tarif Şurasının əhaliyə satılan təbii qazın qiymətini iki dəfə qaldırması ilə bağlı məsələləri müzakirə edib. Təkamül Partiyasının sədri Teyyub Qnəioğlu qəzetimizə açıqamasında dedi ki, Azərbaycan suveren hüquqlarından istifadə edib və İsrail prezidenti Şimon Peres ölkəyə dəvət olunub. İsrailin ərəblərlə müəyyən problemi olduğu faktdır və dünya bunu bilir. Ərəb ölkələrinin, o cümlədən digər müsəlman ölkələri arasında problemlər də yetərincədir. Başqa tərəfdən, Azərbaycanı dünya miqyasında müdafiə edən dövlətlərin sırası da o qədər geniş deyil. Bu dövlətlərdən biri də İsraildir. "Birdən-birə qazın qiymətinin iki dəfə qaldırılması təbii ki, çörəyin qiymətinə təsir göstərəcək" Ramiz Mikayıloğlu İsrail beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyib. Şimon Peresin də səfəri münasibətlərin inkişafı baxımdan mühüm əhəmiyyət daşıyıb. İran isə bu səfərə etirazını bildirir, hətta təhdid yolunu seçib. Bu ölkənin rəsmi informasiya agentlikləri İranın Azərbaycandakı səfirini məsləhətləşmə üçün geri çağırdığı barədə məlumat yayıb. MDQB Sədrlər Şurası hesab edir ki, İranın bu addımı Azərbaycana qarşı kobud təhdid, Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması, daxili işlərə qarışmaqdır: "Məgər Azərbaycan İranın bir əyalətidir? Cənub qonşumuz Azərbaycan Respublikasının müstəqilliyini həzm edə bilmir. Amma İran başa düşməlidir ki, Azərbaycan oturuşmuş, inkişaf etmiş, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmiş dövlətdir. Azərbaycanla belə davranışa yol vermək olmaz. Azərbaycan o səviyyədə inkişaf edib ki, İran kimi dövlətin daxili işlərinə qarışmasının qarşısını almaq imkanına malikdir. Bunu cənub qonşumuz da nəhayət, başa düşməlidir. MDQB İranın Azərbaycana qarşı münasibətini kəskin şəkildə pisləyir, Tehranın təhdid siyasətindən əl çəkməsini tələb edir". Teyyub Qənioğlu Azərbaycanın İran və işğalçı Ermənistan arasındakı münasibətlərə qarışmadığını xatırlatdı. Ona görə də Tehran da Azərbaycan-İsrail münasibətlərinə qarışmamalıdır: "Azərbaycan torpaqlarını işğal edən, 1 milyondan çox insanları yurd-yuvasından qovan, məscidlərimizdə donuz saxlayan bir dövlətin rəhbərini İranda qardaş kimi qarşılayanda müsəlman təəssübkeşliyi yada düşmür. Amma İranın heç bir ərazisini işğal etməyən İsrailin prezidentinin Azərbaycana səfəri islama zidd hərəkət kimi qiymətləndirilir! Burada məntiqi başa düşmək olmur". Təkamül Partiyasının sədri İranın Azərbaycanın müstəqilliyini həzm edə bilmədiyi üçün istənilən fürsətdə düşmənçiliyini biruzə verdiyini dilə gətirdi. Teyyub Qənioğluna görə, İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi heç kəsə xeyir verməyəcək. İran da başa düşməlidir ki, Azərbaycanı artıq beynəlxalq aləmdə kifayət qədər müdafiə edən qüvvələr var: "İranın münasibətləri gərginləşdirmək xətti hər iki tərəf, birinci növbədə Tehran üçün ziyanlıdır". MDQB Tarif Şurasının əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən çox artırılmasıyla bağlı qərarını da əsassız sayır. Teyyub Qənioğlu dedi ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətini dövlət tənzimləyir, bu sahədə inhisarçılıq var. Tarif Şurası da özünün "ənənələri"ndən əl çəkmək istəmir: "Necə olur ki, büdcədən maliyyələşən insanların əməkhaqları 2 ildən bir 15 faiz qaldırılır, enerji daşıyıcılarının qiyməti isə dəfələrlə, 2-3 dəfə qaldırılır? Bu, indi yoxsul təbəqənin həyat şəraitinə kəskin təsir edən bir addımdır". Təkamül Partiyasının sədri qlobal iqtisadi böhranın artıq Azərbaycana da öz təsirini göstərdiyini vurğuladı: "Digər sahibkarları kənara qoyaq. Azərbaycanda çörəkbişirmə sexlərinin hamısı qazla işləyir. Birdən-birə qazın qiymətinin iki dəfə qaldırılması təbii ki, çörəyin qiymətinə təsir göstərəcək. Ola bilər ki, inzibati rıçaqlardan istifadə edərək çörəyin qiymətini qaldırmağa qoymasınlar. Lakin çörəyin çəkisi aşağı düşəcək. Nə fərqi var ki, ya çörəyin qiymətini qaldırdın, çəkini saxladın, ya da çəkini aşağı salıb, qiyməti saxladın? Tarif Şurasının əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən çox artırılması ilə bağlı qərarı əsassızdır, heç bir iqtisadi əsasa söykənmir". Teyyub Qənioğlu Tarif Şurasının irəli sürdüyü arqumenti də gülünc sayır: "Bildirilir ki, qazın qiyməti ona görə qaldırılır ki, əhali qazdan israfçılıqla istifadə etməsin, daha yaxşı qənaət etsin. MDQB Sədrlər Şurası hesab edir ki, Tarif Şurasının bu qərarı ləğv edilməlidir. Tarif Şurası düşünürsə ki, qazın satış qiyməti maya dəyərini ödəmir, mərhələ-mərhələ artırsın. Birdən- birə qiyməti iki dəfə qaldırmaq absurddur". Təkamül Partiyasının sədri xatırlatdı ki, bir neçə ay əvvəl yüksək səviyyəli dövlət rəsmiləri qazın qiymətinin qalxmayacağıyla bağlı bəyanatlar veriblər: "Camaatı aldatmaqla iqtisadi siyasət aparmaq olar? Ona görə də MDQB Tarif Şurasının qiymət siyasətini pisləyir. Bu siyasətə yenidən baxılmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar