SON XƏBƏRLƏR

Tehran erməni diplomlarını tanıyacaq və bu ölkədən iribuynuzlu heyvan idxalını artıracaq

2021.10.20, 07:36
Tehran erməni diplomlarını tanıyacaq və bu ölkədən iribuynuzlu heyvan idxalını artıracaq

Gunaz.tv
GünAzTv: Tehranla İrəvan arasında qardaşlıq əlaqələrinin dərinləşib inkişaf etdiyi özünü mədəniyyət sahəsində də göstərir. Ötən gün İranın İslam İrşad və Mədəniyyət Nazirliyi ilə Ermənistanın uyğun qurumu arasında 2010-2012-ci illər üçün bu istiqamətdə əməkdaşlığa dair müqavilə imzalandı. Tehranın İrəvan səfiri Seyidəli Saqaian bildirib ki, yaxın zamanda Ermənistan ali məktəblərinin diplomları İranda tanınacaq: "Hazırda Ermənistan ali təhsil ocaqlarının diplomları yalnız texniki səbəblər ucbatından İranda qəbul edilmir. Ancaq bu məsələ də aradan qalxaraq öz həllini tapacaq". İrəvanda oxumaq olar, Bakıda yox Onun sözlərinə görə, bu yaxınlarda Ermənistanın elm və təhsil naziri Armen Aşotyan İrana səfər edəcək, orada iranlı həmkarı ilə görüşdə müzakirə edəcəyi məsələlərdən biri də bu olacaq. Səfir deyir: "İndi Ermənistanda 1800 iranlı tələbə təhsil alır. Dövlətlərimiz arasında ancaq siyasi sahədə deyil, mədəni və təhsillə bağlı da çoxillik əməkdaşlıq davam edir". Biz bu mövzuya ona görə toxunmağı vacib bildik ki, Güney Azərbaycan türklərinin Quzey Azərbaycan universitetlərində ali təhsil almaması üçün Tehran hakimiyyəti əlindən gələn maneələri yaradıb və yaradır. Məsələn, Bakıda təhsil alan tələbələr ölkəyə döndükdən sonra ETTELAAT-ın və başqa uyğun qurumun məmurları onlardan üzücü, aşağılayıcı izahatlar alır. Bu azmış kimi Tehran Azərbaycan Respublikasında təhsil almış güney azərbaycanlı məzunların diplomlarını... qəbul etmir. Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan və onun iranlı həmkarı Mehdi Mustafəvi imzalanmış sənəddən məmnun olduqlarını, onun mədəniyyət sahəsində əməkdaşlığın daha dərinləşməsi və inkişafına şərait yaradacağını bəyan ediblər. Mustafəvi bildirib ki, rəsmi Tehran İrəvanla mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir. Onun sözlərinə görə, İran hökuməti ölkə ərazisindəki müqəddəs Faddey kilsəsini yaxın zamanlarda bərpa edəcək. İranlı nazir İrəvandakı Göy Məscidin qorunmasını da alqışlayıb. Qeyd edək ki, qədim türk şəhəri olan İrəvanda mbvcud olmuş onlarca məscidin bu sonuncusu bizim günlərdə ermənilər tərəfindən "fars mədəniyyətinin incisi" kimi təqdim olunur və İran rəsmiləri bu təyindən məmnun qalırlar. İmzalanmış anlaşmaya əsasən, İranda və Ermənistanda mədəniyyət günləri, festival və sərgilər keçiriləcək. Bu tədbirləri İran-Ermənistan birgə komissiyası həyata keçirəcək. Bu proqram çərçivəsində artıq İrəvanda İran İslam Respublikasının çağdaş incəsənət əsərləri sərgisi açılıb. Başqa xəbərlər də var. Bu yaxınlarda Ermənistanın diaspora naziri Hranuş Akopyan Tehranda səfərdə idi. Onun dediyinə görə, İranda yaşayan ermənilər barəsində sənədli film çəkiləcək. Nazir bildirib ki, bu haqda İranın mədəniyyət naziri Mustafəvi və başqa rəsmilərlə görüşdə razılıq əldə olunub. Başqa məsələlər, o cümlədən İrandakı erməni məktəblərinin erməni dili dərsliyi ilə təmin edilməsi məsələsi müzakirə edilərək uyğun anlaşma əldə edilib. Bəlli olduğu kimi, Qarabağ məsələsinin həllində İran rəhbərliyi bu günlərdə vasitəçilik etmək istəyini dilə gətirdi. Amma ermənilərin fikrincə, Tehran danışıqlara dair irəli sürülən prinsiplə razı deyil. Madrid prinsipləri xoşagələn deyil Qarabağ məsələsinin "Madrid prinsipləri" əsasında həlli İranı qane etmir. Bu haqda "Regnum" agentliyinə müsahibəsində erməni iranşünas, tarix elmləri namizədi, dosent Gövhər İsgəndəriyan deyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin NATO yönlü siyasi kursuna dair çıxışına cavab olaraq İran bildirib: "Bölgədə yalnız buradakı güclər - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran iştirak etməlidir. Xatirimizdədirsə, 2004-2005-ci illərdə Azərbaycan Respublikası ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi ilə bağlı fikirlər səslənmişdi. Onda Tehran bildirdi ki, bu halda Azərbaycana qarşı sərt siyasət yürüdəcək. Daha doğrusu, İran bu bölgədə Qərb hərbi mövcudiyyətini yolverilməz sayır". Erməni ekspertin fikrincə, Qarabağla bağlı məsələnin "Madrid prinsipi" əsasında həlli zamanı münaqişə zonasında Qərbin sülhməramlı qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur. "Bu isə İranla sərhəddə həmin qüvvələrin yerləşdirilməsi deməkdir. İslam Respublikası bölgədə oyunçu olduğunu göstərmək arzusu ilə bunun qarşısını almaq üçün İran Azərbaycan və Ermənistana mövcud münaqişənin həlli ilə bağlı vasitəçiliyini irəli sürür. Bununla İran göstərmək istəyir ki, bölgədəki problemlərin həllinə Türkiyədən az qatılmır". "İranın bu istiqamətdə fəaliyyətində rəsmi Yerevan nə qədər maraqlıdır" sualını cavablandıran Gövhər İsgəndəriyan qeyd edib ki, bölgədə balansın dəstəklənməsi baxımından bu, "məntiqi ola bilərdi". "Əgər erməni - türk prosesində Türkiyə bölgədə fəallaşıbsa, o zaman İran nədən fəallaşmasın?", - deyə sual edən erməni ekspert əlavə edib ki, Qarabağ məsələsində "Türkiyə birmənalı şəkildə Azərbaycanı dəstəklədiyi halda, İranın hansı tərəfi müdafiə edəcəyi hələ məlum deyil". İran üçün Ermənistandan ətlik heyvan İran-Ermənistan əlaqələri bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı səhəsində inkişaf etməkdədir. İki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində deyib ki, iş adamları səviyyəsində əməkdaşlıq genişlənməkdədir. M.Mömininin sözlərinə əsasən, İran və Ermənistan rəhbərləri arasında aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşma əsasında iş adamları kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər. O deyib ki, Ermənistanda İranın iş adamlarına əkinçilik üçün yararlı min hektar torpaq sahəsi verilib. Burada mədəni bitkilərin yetişdirilməsi ilə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Katib bu sahənin 4 min ha-ya qədər artırılacağını da vurğulayıb. M.Mömini qeyd edib ki, İran hökuməti daxili bazarda iribuynuzlu qaramala olan tələbi idxal hesabına ödəmək siyasətini yürüdür. Ötən 11 il ərzində İran Ermənistandan 140 min baş mal-qara idxal edib, bu rəqəmin 500 minə çatdırılacağı nəzərdə tutulub. S.Sədrəddin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar