Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Yaxud Türkiyə qurdlar (həşəratlar) süfrəsində Türkiyə bir neçə gündür ki, tarixinin ən mübhəm və sensassiyalı dönəmlərindən birini yaşayır. Qardaş ölkədə cərəyan edən hadisələr dünya mediasının manşetindən düşmür. Hər kəs baş verənləri öz maraqları və dünyagörüşü müstəvisindən təqdim edir. Ortalıqda qərəzsiz və tam obyektiv məlumat, eləcə də yanaşma tərzi olmadığı üçün bu olayların bütün təfərrüatıyla, nəzərə çarpmayan incəliklərinə kimi şərh edilməsi az qala mümkünsüz görünür. Türkiyədə nə baş verir? Bu, kütləvi informasiya vasitələrinin müxtəlif yönlü şərhçilərə, müstəqil və ya konkret maraqların ifadəçisi olan ekspertlərə, siyasətçilərə son günlər ünvanladığı ən məşhur sualdır. Elçin Mirzəbəyli Böyük əksəriyyət Türkiyədə baş verənləri dünyəvi dövlət tərəfdarları ilə ölkəni şəriət qanunlarıyla idarə etmək istəyənlərin mücadiləsi kimi qələmə verir. Ola bilsin ki, ideoloji anlamda deyilənlər qismən də olsa həqiqəti əks etdirir. Ancaq proseslərin birmənalı olaraq dini-dünyəvi qarşıdurma müstəvisində şərhi, zənnimcə müəyyən qədər dəqiq yanaşma deyil. Baş verənlərin arxasında uzun illər boyu hazırlanmış ssenari əsasında və planlı şəkildə həyata keçirilən daha qlobal proseslər dayanır. Türkiyə saysız-hesabsız geosiyasi maraqların qarşı-qarşıya gəldiyi, olduqca mürəkkəb bir coğrafiyada yerləşən dövlət kimi uzun illərdir ki, hegemon güclərin diqqət mərkəzindədir. Xəzər hövzəsinin enerji resurslarının Avropaya ötürülməsində əsas tranzit ölkə rolunu oynayan, perspektivdə isə Orta Asiya regionunun da neft və qaz ehtiyatlarının daşınmasında aparıcı nəqliyyət dəhlizi funksiyasını yerinə yetirəcək Türkiyə bu bağlamda dünyanın bir sıra dövlətlərinin arzuolunmaz tərəfdaşına və rəqibinə çevrilib. Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı əsasən iki ölkədən asılıdır - Türkiyə və Rusiyadan. Təbii ki, bu sırada istehsalçı, daha doğrusu enerji ehtiyatlarının sahibi olan ölkələrin də adını çəkmək olardı. Lakin indiki şəraitdə enerji dəhlizləri və onların təhlükəsizliyi az qala neft və təbii qaz resurslarından daha çox önəm daşıyır. Əgər enerji ehtiyatına malik olan ölkənin bu resursları təhlükəsiz nəql etmək imkanı yoxdursa, bu zaman onun müstəqil hüququn digər subeyktlərindən təbii üstünlüyü heç bir önəm daşımayacaq. Məhz bu baxımdan, istənilən dövlətin ərazisindən enerji dəhlizi kimi istifadə olunması ona ixracatçıdan daha böyük üstünlüklər verir. Şübhəsiz ki, Rusiyanın həm ixracatçı, həm də tranzit ölkə kimi imkanları Türkiyə ilə müqayisədə daha genişdir. Eyni zamanda, enerji ehtiyatlarını Türkiyə ərazisi üzərindən nəql etmək niyyətində olan Orta Asiya dövlətləri hələ də Moskvanın hərbi-siyasi təsirindən çıxa bilməyiblər və bəzən lazım olduğundan daha çox ehtiyatlı davranmaları da göz qabağındadır. Bununla yanaşı, Rusiyanın total nəzarətindən sıyrılmağa, müstəqilliklərini möhkəmlətməyə çalışan Orta Asiya dövlətləri üçün Türkiyə əsas strateji inteqrasiya coğrafiyası, həmçinin Qərbə açılan "təhlükəsiz pəncərə" olaraq qalır və məhz bu amil Ankara ilə Moskva arasında gedən gizli-aşkar rəqabətdə status-kvonun saxlanmasında əhəmiyyətli rol oynamaqdadır. Bununla yanaşı, İraq, İran və Suriyanın da enerji ehtiyatlarının Avropaya nəqlində Türkiyənin əsas tranzit ölkəyə çevrilməsi perspektivi də qardaş dövlətin daha güclü rəqib olmasına zəmin yaradır. Tranzit ölkə kimi bir-birilə rəqabət aparan Türkiyə və Rusiyaya münasibətdə Qərbin öz maraqları var. Qoca Avropanın enerji təhlükəsizliyi məsələlərində hər iki ölkəyə güvənməməsi göz qabağındadır. İstər Türkiyənin, istərsə də Rusiyanın güclənməsi, diqtə edən tərəfə çevrilməsi, şübhəsiz ki, Avropanın maraqlarını təmin etmir və bu baxımdan da Qərb hər iki ölkə arasında rəqabətin daha qabarıq və kəskin xarakter almasında maraqlı görünür. Avropa və Birləşmiş Ştatlar enerji istehsalçılarını və tranzit ölkələri zəiflətməklə, onların yerləşdiyi coğrafiyalarda marionet hökumətlər yaratmaqla uzaq perspektiv üçün maksimum önləyici təhlükəsizlik tədbirləri görmək istəyirlər. Qərb proseslərə əvvəlki kimi açıq və birmənalı müdaxilə etmir. Bu yanaşmanın həqiqət olduğunu yəqinləşdirmək üçün Rusiyanın Xəzəryanı enerji dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində atdığı addımlara Vaşinqtonun və Brüsselin olduqca sönük reaksiyasını xatırlatmaq yetərlidir. Qazaxıstan və Türkmənistanın neft və qaz ehtiyatlarının Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhliziylə nəqli edilməsi istiqamətində atılan addımlarda da Qərbin ciddi dəstəyi hiss olunmur. Sadəcə, tranzit ölkələrin ehtiyatlı manevrləri nəzərə çarpır ki, bu da əsas icraçı (oyunçu) məsuliyyətinin onların üzərinə yükləndiyini göstərir. Əlbir olub bir ayı bir şir ilə... ...Məşhur təmsildə olduğu kimi, bu dəfə də Qərb ənənəvi, yəni "qoca tülkü" obrazındadır və hadisələrin gedişini pusmaqla, gah tərəflərdən birini, gah da digərini "amansız döyüşə" stimullaşdıran bəyanatlar verməklə kifayətlənir. Və paralel olaraq, özünə yeni alternativlər axtarır. Son zamanlar daha çox iqtisadi müstəvidə əməkdaşlığa sövq edilən, çeşidli enerji layihələrinin müzakirəyə çıxarıldığı GUAM formatına, zənnimcə bu aspektdən də yanaşmaq olar. Hər halda Ukraynanın GUAM müstəvisində dominant rolunun açıq-aşkar stimullaşdırılması, Odessa-Brodı neft kəmərilə bağlı müzakirələrin daha intensiv şəkil alması bölgənin geosiyasi və iqtisadi arenasına yeni - alternativ oyunçunun yeridilməsindən xəbər verir. Oyunçuların sayının artmasında istehsalçı ölkələr üçün neqativ heç bir hal yoxdur, əksinə bu proses onların da manevr imkanlarının genişlənməsinə xidmət edir. Lakin məsələyə Türkiyənin maraqları müstəvisində yanaşsaq, tamamilə fərqli bir qənaətin şahidi olarıq. Qurdlar... və böcəklər Rəsmi Ankaranın təxminən son 8 il ərzində yürütdüyü, daha doğrusu kənardan stimullaşdırıldığı ehtimal olunan siyasət qardaş ölkənin Cənubi Qafqaz və Orta Asiyadakı maraqlarını təhlükə altında qoyur. Türkiyə adıçəkilən regionlarda mövqələrini möhkəmləndirməmiş və alternativsiz geosiyasi gücə çevrilməmiş, mənim qənaətimə görə, yanlış bir strategiya seçərək üzünü mövhumat və feodal münasibətlər bataqlığında qıvrılan Şərqə doğru çevirdi. "Osmanlı mirasına yenidən sahiblənmək" kimi avantürist və heç bir perspektivi olmayan iddialar Türkiyəni strateji hədəflərindən kifayət qədər yayındırdı. Qardaş ölkədə Atatürk ideyalarının daşıyıcısı olan siyasi partiyaların xaricdən idxal edilən siyasi texnologiyalar vasitəsilə sıradan çıxarılması, gözdən salınması siyasi palitranın nəzərə çarpacaq dərəcədə dəyişməsinə zəmin yaratdı. Əslində, Türkiyədə baş verən proseslər öz əsasını Ana Vətən, Doğru Yol kimi Atatürk prinsiplərinə söykənən, dünyəvi dövlətçilik müstəvisində mübarizə aparan siyasi partiyaların faktik iflasından götürür. Bütün bunlar, eyni zamanda MHP kimi siyasi təşkilatların öz təməl istiqamətlərindən üz çevirərək, kənardan təklif edilən oyun qaydalarına uyğun siyasi proseslərin ön cərgəsinə çıxmaq iddiaları uzun illər boyu dini-siyasi müstəvidə hazırlıq keçmiş beşinci kalonun ön cərgəyə çıxmasına zəmin yaratdı. Türkiyə siyasətinin ənənəvi formatı dəyişdirildi, dünyəvilik təməli üzərində rəqabət aparan sağçı və solçu partiyalar öz yerlərini təlmatlandırılmış "xilafət tərəfdarları"na və milliyyətçi baxışlarla dini dünyagörüşünün sintezçilərinə verdilər. Siyasi arenada dominantlıq qazandıqlarını zənn edən "xilafətçilər" Atatürk ideyalarının yer aldığı əsas hədəflərə doğru hücuma başladılar. Ana Yasa, dünyəvi təhsil ocaqları - orta məktəblər, universitetlər, hüquq sistemi "dinçi"lərin atəş xəttinə çıxarıldı. Türkiyədə kimsənin toxunmağa cəsarət etmədiyi dəyərlərlə bağlı müzakirələrin aparılması adiləşdirildi. Cümhuriyyətin və cümhuriyyətçiyin ideoloji dayaqlarının məsxərə obyektinə çevrilməsinə səy göstərildi. Cəmiyyəti irəli aparan intellektual siyasi diskussiyalar, "hicab", "gənə" və daha neçə-neçə primitiv müzakirə predmetləriylə əvəzləndi. Təbii ki, məqsədyönlü şəkildə və öncədən hazırlanmış ssenariyə uyğun olaraq, Türkiyə cəmiyyətini Atatürk ideyalarından uzaqlaşdırmaq və feodal təfəkkürünə doğru sürükləmək, daha asan idarə olunan, bəsit düşüncəli, marionet bir topluma çevirmək üçün... Qrant Dink olayı ilə milliyyətçi kəsimi hədəfə almağa, türk millətinin bütün milli dəyərlərinin müzakirəyə çıxarılaraq aşağılanmasına imkan yaradan beşinci kalon təmsilçiləri cəmiyyətin müqavimət hissinin azaldığını düşünərək Atatürkçülüyün sonuncu dayağına - Orduya doğru hücuma başladılar. Öncədən düşünülmüş şəkildə, Türk milli düşüncəsinin təməl simvollarından birini gözdən salmaq niyyətilə "Ergenekon" adı altında guya terror məqsədilə yaradılan hansısa mücərrəd bir təşkilatın əsasən hərbiçilərdən ibarət "üzvləri" göz altına alındılar. Bundan dərhal sonra universitetlərdə və dövlət qurumlarında "türban" (dini baş örtüyü) qadağasının götürülməsilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı və qəbul edildi. Baş verənlərdən ruhlanan "xilafətçilər" "qeybdən", üzr istəyirəm, Qərbdən gələn təlimatlarla türk milli varlığını aşağılanmaqdan və deqrodasiyaya uğramaqdan qoruyan qanunların üzərinə yürüşə başladılar. Ana Yasa Məhkəməsinin "türban"la bağlı məlum qərarından, eləcə də Türkiyənin Baş savçısının (prokurorunun) hakim Ədalət və İnkişaf Partiyasının qapadılması, bu təşkilatın çoxlu sayda üzvünə siyasi fəaliyyətlə məşğul olmaq qadağasının qoyulmasıyla ilgili iddiasından sonra qardaş ölkədə öncə Ergenekonla bağlı neqativ təəssürat yaradılmasına xidmət edən "gənə" (gene) siyasi-bioloji təxribatına start verildi. Bu müstəvidə əllərində olan media şəbəkəsilə total "gəne" xofu yaradılmasına çalışan "xilafətçilər" paralel olaraq "Ergenekon" adlı sabun operasının növbəti hissəsini dövriyyəyə buraxdılar. Soyadının bilərəkdən İslam bayraqdarı - Ələmdar (Alemdar) seçildiyi şübhə doğurmayan Poladın gerçək siyasi prototipinin iştirakıyla növbəti hissənin - "Qurdlar vadisi - Pusu"nun "nümayişi"nə başlanıldı... Son söz əvəzi Türkiyənin, türk milli şüurunun bu müdhiş olayların içərisindən hər zaman olduğu kimi ləyaqətlə və şərəflə sıyrılıb çıxacağına zərrə qədər də şübhəm yoxdur. Azərbaycanda "qurd" sözü iki anlamda qəbul olunur: 1. Qurd - börü, Türkçülüyün, Tanrıçılığın rəmzi 2. Qurd - böcək, həşərat, gənə... Böcəyin ömrü isə payıza qədərdir. Mən yaşıl qanadlı böcəklərin (gənələrin) bundan daha çox ömür sürəcəyini gözləmirəm. xalqcebhesi
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu