SON XƏBƏRLƏR

NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar

2026.05.30, 11:02
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar

"The New York Times" qəzetinin yaydığı məlumata görə, İran daxilindəki sərt xətt tərəfdarlarından ibarət nüfuzlu bir qrup Tehran və Vaşinqton mümkün razılaşmaya yaxınlaşdığı bir vaxtda ABŞ ilə aparılan danışıqları pozmağa çalışır.

Gunaz.tv

Məlumata əsasən, parlamentdə, dövlət mediasında və Ali Milli Təhlükəsizlik Şurası daxilində təmsil olunan mühafizəkar fiqurlar mitinqlər, media kampaniyaları və siyasi təzyiqlər vasitəsilə Vaşinqtona güzəştlərə qarşı açıq mövqe nümayiş etdirirlər.

Qəzet Prezident Məsud Pezeşkianın dövlət televiziyasını danışıqları uğursuzluq kimi təqdim etməkdə və ölkə daxilində parçalanmanı dərinləşdirməkdə tənqid etdiyini yazıb. Buna baxmayaraq, İranın danışıqlar heyəti ABŞ ilə müzakirələri davam etdirməkdədir.

Məlumatda analitiklərə və rəsmilərə istinadən sərt xətt tərəfdarlarının azlıq təşkil etsələr də, siyasi sistemin bəzi hissələrində və İslam Respublikasının tərəfdarları arasında hələ də təsir imkanlarını qoruduqları qeyd edilib.

Hesabatda həmçinin Vaşinqtonla danışıqların istiqaməti ilə bağlı mühafizəkar dairələr və İranın danışıqlar qrupunun bəzi üzvləri arasında fikir ayrılıqlarının olduğu vurğulanır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar