SON XƏBƏRLƏR

Ərdəbil Mədəni İrs İdarəsi “Fındıqlı” meşələri ilə bağlı məsələyə aydınlıq gətirib

2022.01.06, 13:05
Ərdəbil Mədəni İrs İdarəsi “Fındıqlı” meşələri ilə bağlı məsələyə aydınlıq gətirib

Gunaz.tv

O,Gilan əyalətinin təbiət abidəsi kimi milli siyahıya salınması ilə bağlı məsələyə aydınlıq gətirib.

Məhəmmədi məsələ ilə bağlı yayılan məlumatın doğru olmadığını, “Fındıqlı” meşələrinin əsas hissəsinin Ərdəbil ərazisində, xüsusilə Nəmin mahalında yerləşdiyini deyib.

O, bildirib ki, bundan öncə adı çəkilən meşə Ərdəbil adına qeydiyyatdan keçib.

Ruhullah Məhəmmədi dekabr ayının ikinci yarısında Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin Təbii İrsin Qeydiyyatı Şurasının iclasında Ərdəbil əyalətinin 7 təbiət əsərinin qeydiyyatdan keçdiyini və bunlardan birinin “Fındıqlı” meşələri olduğunu bildirib.

"Fındıqlı meşələri" Ərdəbil əyalətinin adına milli qeydiyyata alınıb. Bu meşələrin uzantısı Heyran bölgəsinə qədər əraziləri əhatə edir və Heyran da Gilan əyaləti adlanır”-deyə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin sədr müavini bildirib.

Onun sözlərindən Heyran gədiyi bölgəsində olan meşə uzantısının ayrıca olaraq Gilan əyalətinin adına milli siyahıya salınıb-salınmaması məlum olmasada, sədr müavini əlavə açıqlama verməyib.

Qeyd edək ki, yanvarın 5-də Astaranın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Müctəba Abroşənin mediaya verdiyi açıqlamasına görə, Gilan əyalətinin qeydə alınan 14 təbiət abidəsi arasında “Fındıqlı” meşələrinində adı var.

C.E
 

http://www.gunaz.tv/az/new/ney-z-rbaycan-n-t-bi-t-abid-si-ilan-yal-ti-ad-na-qeydiyyata

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar