SON XƏBƏRLƏR

Güney Azərbaycanın təbiət abidəsi Gilan əyaləti adına qeydiyyata alınıb

2022.01.06, 09:39
Güney Azərbaycanın təbiət abidəsi Gilan əyaləti adına qeydiyyata alınıb

Gunaz.tv

Astaranın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Müctəba Abroşənin mediaya verdiyi açıqlamaya görə, Gilan əyalətinin qeydə alınan 14 təbiət abidəsi arasında “Fındıqlı” meşələri də bu əyalətin adına təbiət abidələri siyahısında qeydə alınıb.

Qeyd edək ki, əksəriyyəti əsasən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələrinin bir hissəsi Astaranın Heyran gədiyi adlanan bölgəsində yerləşir.

Əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Astaranın Gilan əyalətinin tərkibinə verilməsindən sonra astaralılar buna etiraz edərək yenidən Ərdəbil əyalətinin tərkibinə qatılmaq istəmələrinə baxmayaraq bu baş tutmayıb.

Məsələnin üstündən illər keçməsinə baxmayaraq, astaralıların coğrafi, etnik və iqtisadi bağları nəzərə alaraq yenidən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsünə salınmaları ilə bağlı tələbləri davam edir.

Bununla bağlı hökumətə, parlamentə və Daxili İşlər Nazirliyinə müraciətlər edib, ara-sıra aksiyalar keçiriblər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar