SON XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda 115 meyit qalığı tapılıb

2023.03.13, 14:28
İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda 115 meyit qalığı tapılıb

Gunaz.tv

“Qeyd etdiyim kimi, bu qalıqlardan 117-si qarşı tərəfdən (Ermənistan) verilib. 115-i 2021-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayınadək işğaldan azad edilmiş Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Edilli kəndi, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonu Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən müəyyən edilib.

183 meyit qalığı isə I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş şəxslərə aiddir”, - İsmayıl Axundov qeyd edib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar