SON XƏBƏRLƏR

Sünnilərə qarşı təzyiqlər davam edir- Din xadimləri dindirildi

2024.05.08, 15:39
Sünnilərə qarşı təzyiqlər davam edir- Din xadimləri dindirildi

İranda sünni məzhəbli müsəlmanlara təzyiqlərin davamında daha 3 sünni din xadimi təhlükəsizlik idarəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə bəluc fəallar məlumat yayıb.

Bildirilib ki, Zahidan şəhərindən olan Nəzərullah Qələndər Zehi, Əbdülqadir Bərahuyi və Abdullah Şəhbəxş adlı din xadimləri saatlarla dindiriliblər.

Onlar əyalətin Pişaməg dini məktəbinin bağlanmasına etiraz etdikləri və dini mərkəzin fəaliyyətinin bərpası tələbi ilə məktub yazdıqlarına görə dindiriliblər.

Zahidan şəhərinin Məkki məscidinin və dini mərkəzinin müəllimləri olan din xadimləri bundan əvvəldə təqib və təzyiqlərlə üzləşiblər.

Qeyd edək ki, rəsmi statistikaya görə, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar