SON XƏBƏRLƏR

Amerika İranı yeni sanksiyalarla təhdid edib

2021.10.20, 07:36
Amerika İranı yeni sanksiyalarla təhdid edib

Gunaz.tv

GünAzTv: Ağ Evin kütləvi qırğın silahları koordinatoru Qari Samore Vaşinqtonda verdiyi açıqlamada İrana bu istiqamətdəki təzyiqləri davam etdirəcəklərini bildirib.

ABŞ (Amerika Birəşmiş Ştatları) İranın nüvə proqramlarının dinc məqsədli olduğunu sübut etməklə bağlı dünya ictimaiyyətindən gələn tələbləri yerinə yetirməyəcəyi təqdirdə avropalı müttəfiqləri ilə birlikdə bu ölkəyə yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan edib. Bu barədə SİA "TRT Haber"ə istinadən xəbər yayəb.

Ağ Evin kütləvi qırğın silahları koordinatoru Qari Samore Vaşinqtonda verdiyi açıqlamada İrana bu istiqamətdəki təzyiqləri davam etdirəcəklərini bildirib.

Samore "Müttəfiqlərimizlə birlikdə nüvə ehtirasları azalana qədər İrana təzyiqləri davam etdirəcəyik" deyib. Sanksiyaların genişləndirilməsinin gündəlikdə olduğunu qeyd edən ABŞ rəsmisi qeyd edib ki, İran ciddi müzakirələrdən qaçarsa, bu düşüncə qərara çevriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar