SON XƏBƏRLƏR

Kənd əhalisi etiraz aksiyası keçirib

2024.04.30, 14:37
Kənd əhalisi etiraz aksiyası keçirib

İranın İsfahan Əyaləti “Əliabad Sivər” əhalisi kəndin çayı yolunda bənd salınmasına qarşı etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Səmirüm rayonuda yerləşən kəndin qaşqay əhalisi Marbər çayı üzərində bəndin salınmasına qarşı çıxıblar. 

Aksiyaçıların bildirməsinə istinadən bəndin tikilməsindən məqsəd İsfahan Əyalətinin sənayesinə, o cümlədən Metalurqiya (Zobahən) Zavoduna ehtiyac olan suyu təmin etməkdir.

Özəl alay dəstəsinin xeyli sayda qüvvələri alaya məxsus motosikletlərlə aksiya yerinə gəliblər. 

Qüvvələrin başçısı aksiyaçılardan irəli gəlməməyi tələb edib. Paylaşılmış video görüntülərinə istinadən aksıya zamanı qarşıdruma yaranıb. Ayrıntıları barədə hələ məlumat yoxdur. 

Xatırladaq ki, Sistan və Bəluçistan Əyalətinin Sirik rayonu və sair bölgə sakinləri də aprelin 26-ı aksiya keçirməklə İsfahan Əyalətinə suyun çatdırılması üçün proyektlərin icra olunması lakin bölgənin susuzluq vəziyyətinə laqeyd yanaşılmasına etirazlarını bildiriblər.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar