SON XƏBƏRLƏR

Tariximizin şərəf səlnaməsi: Sərhəd Hərəkatından 32 il ötür

2021.12.30, 23:01
Tariximizin şərəf səlnaməsi: Sərhəd Hərəkatından 32 il ötür

Gunaz.tv

Bu günün əsası 1989-cu ildə  Naxçıvanda İran- Azərbaycan sərhədinin (o zamankı SSRİ – İran sərhədinin-red) dağıdılması ilə qoyulub. 

Tarixə qısa ekskurs edək. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırmışdı. Türkmənçay sülhündən sonra Qarabağa köçürülmüş bir ovuc erməni Azərbaycana tabe olmurdu. 

Tərslikdən Azərbaycanın da daxil olduğu Sovet İttifaqının rəhbərliyi də onları himayə edirdi.

Belə bir vaxtda Azərbaycanda demokratik düşüncəli ziyalıların rəhbərlik etdiyi xalq hərəkatı başlandı. Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda və digər şəhərlərimizdə milli təşkilatlar yaranır, erməni separatizminə, Moskvanın laqeyd siyasətinə qarşı milli müqavimət hərəkatı başlanırdı. 

Xalq hərəkatının qarşısında bir məqsəd var idi: Bölücü erməni hərəkatını durdurmaq,  Qarabağda və sərhəd bölgələrində əliyalın Azərbaycan kəndlərini qorumaq. Xalq hərəkatının ilk illərində səslənən siyasi şüarlar arasında parçalanmış Azərbaycanın birləşməsi məsələsi də var idi.

İkiyə bölünmüş Azərbaycan xalqının birləşməsi ideyası 1828-ci ildən var idi. Güneydə xalq Bakı, Gəncə, Şuşa, Dərbənd həsrəti ilə yaşayır, quzeydə Təbriz, Urmu, Ərdəbil ayrılığına bayatılar qoşur, ağılar söyləyirdi.

Dərbənd aralı, 
Könlüm yaralı
Sevirəm səni, 
Dağlar maralı 

və yaxud:

Arazı ayırdılar, 
Su ilə doyurdular
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

Fayl:Culfa Sərhəd Hərəkatı.jpg — Vikipediya

Bu cür ağız ədəbiyyatı nümunələri Azərbaycan xalqının ayrılıq nisgilini və birləşmək arzusunu ifadə edirdi.

Hələ ötən əsrin 70-ci illərindən yaranan gizli təşkilatların əsas məramlarından biri Azərbaycanın birləşməsi idi. Xalq hərəkatı dönəmində bu istək daha da gücləndi. 

Xalq hərəkatının fəallarından biri olmuş Bünyamin Qəmbərli Günaz.TV-yə bildirib ki, sərhəd dirəklərinin və məftillərinin sökülməsi ideyası 1989-cu ilin noyabrında meydana gəlib. 

Sərhədlərin qırılması azərbaycanlıların birlik rəmzinə çevrildi - VİDEO

“Naxçıvanda bütün mitinqlərdə Güneylə bağlı fikirlər səslənirdi. Sovet zamanında çəkilmiş Naxçıvan-İran sərhədində arxa tərəfdə əkinə yararlı böyük sahələr, Culfa şəhərində məzarlıq, Gülüstan məqbərəsi qalmışdı. 1989-cu ilin noyabrında bu məsələlərə daha kəskin qoyuldu ki, o torpaqlar əhalinin istifadəsinə verilsin.  

Artıq bu durum ekoloji fəlakətə aparır. Camaat öz ölüsünü dəfn edə bilmir, otlaq sahələri çatmır. Bu proseslər 1989-cu ildə Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının məclisinə gündəmə gəldi. Qərara alındı ki, bu tələblərlə bağlı aksiyalar keçirilsin, dekabrın 4-də Güneydən görünən təpələrdə tonqallar qalansın”. 

Həmin gün təxminən 15 yerdə tonqallar qalanır. Bu, ilk aksiya idi və uğurlu keçir. O zaman Sovet sərhədinə yaxınlaşmaq çox çətin olsa da,  xalqın birliyi bu məsələni asanlaşdırır. 
B.Qəmbərli deyib ki, ikinci aksiya dekabrın 12-də keçirilir.

21 Azər Hərəkatı ilə əlaqədar olan bu aksiyada  insanlar əl-ələ tutaraq 60-80 kilometr uzunluğunda düzülür. Aksiyada  “Yadlar bizi qırınca, türklər, haydı qılınca”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” tipli milli şüarlar səslənir.

Sərhəd hərəkatı”nın ildönümü qeyd edilməyəcək – Seytnot problemi –  Yenicag.Az

Üçüncü aksiyada artıq milli fəallar sərhədə tam yaxınlaşır. 

“Naxçıvanda iqlim çox sərtdir. Soyuq adamın iliyinə işləyirdi. Lakin insanlar oradan çəkilmirdir. Nehrəmdə biz dekabrın 17-də çadır quruldu. 20 gün çadırda qaldıq. Güneyli soydaşlarımızla təmasda idik. Onlar da bizimlə həmrəy olduğunu bildirirdilər”-deyə, hərəkat fəalı bildirib.

Royal ???? on Twitter: "1989.Sərhəd hərəkatı. #Naxçıvan  https://t.co/b1FrUhZCsF" / Twitter

B.Qəmbərli deyib ki, sərhədlərin sökülməsi prosesinin dekabrın 31-ə salınması AXC sədri Əbülfəz Elçibəyin qərarı ilə baş tutub: “Dekabrın 31-də biz elliklə, təxminən 100 min nəfər sərhəd sökülməsində iştirak etdi. Nehrəmdə 20-30 min adam var idi. 10 nəfərlik qruplara bölünmüşdü.

Hər qrupun özü rəhbəri var idi. Təxribatların qarşısını almaq üçün belə etmişdik”.

Beləliklə dekabrın 31-də Naxçıvanda İranla arada olan sərhəd dirəkləri sökülməyə başlayır. B.Qəmbərli deyir ki, ilk günlər sərhədçilər müdaxilə etməyə çalışsalar da, insanların çox oldğu üçün  geri çəkilib və vəziyyətlə barışıblar.

Sərhəd çəpərlərinin söküldüyü gün: Güney və Quzey Azərbaycanı birləşdirən  tarix - FOTOLARDA

Yarım saat ərzində kilometrlərlə sərhəd dağıdılır. B.Qəmbərli deyir ki, həmin gün sərhəd dirəkləri dağıdıldıqdan sonra soyuq havada onlarla insan sevincindən özünü Araz çayına atır.
“İçində o ruh olmayanlar bunu anlaya bilməz”-deyə, hərəkat fəalı bildirir.

Sonralar Azərbaycanın rəsmi qurumlarının qərarı ilə 31 dekabr təqvimə bayram kimi daxil edilir.

Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə çağırış - "İki sahil"

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edir. 

Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Sərhəd hərəkatından başlanan milli birliyimiz 2020-ci ilin 44 günlük Vətən savaşında daha parlaq şəkildə özünü göstərdi.  Birləşib dəmir yumruğa dönən Azərbaycan xalqı Azərbaycan xalqı 30 illik Qarabağ, Şuşa həsrətinə son qoydu. 

44 günlük müharibənin başa çatmasından bir ay sonra geriyə baxarkən: nələr  oldu? - BBC News Azərbaycanca

Gün gələcək millətimizin qırılmaz əzmi, polad iradəsi güneyli-quzeyli vətənin birliyi arzusunu reallığa çevirəcək.
Milli Həmrəylik günümüz mübarək olsun, əziz soydaşlarımız!

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar