SON XƏBƏRLƏR

bp şirkəti də İrana qarşı sanksiyalara qoşuldu

2021.10.20, 07:36
bp şirkəti də İrana qarşı sanksiyalara qoşuldu

Gunaz.tv

GünAzTv:Böyük Britaniyanın «British Petroluem» (bp) neft-qaz korporasiyası İranın Milli Neft Şirkəti ilə birgə reallaşdırdığı layihə üzrə bütün işləri dayandıracaq.

Layihə Şotlandiya sahilləri yaxınlığında neft hasilatını nəzərdə tutur.  Bu barədə Milli.Az xəbər portalı «Oil İnvestor»a istinadən xəbər yayıb.bp təmsilçiləri Britaniya rəhbərliyinə müraciət edərək BMT-nin İrana tətbiq etdiyi sanksiyalar çərçivəsində Şotlandiyadakı layihənin taleyinin necə olacağı barədə açıqlama istəyiblər.Şotlandiyanın şimal-şərq sahillərindən 44 km aralıda, Şimal dənizində yerləşmiş «Rhum» yataqlar blokunu bp və İran Milli Neft Şirkəti hələ İrandakı 1979-cu il İslam İnqilabından əvvəl istismar edir.Xatırladaq ki, Avropanın digər neft-qaz şirkətləri də İrandakı layihələrini dayandırıblar. Fəqət bp iranlı həmkarları ilə İrandan kənardakı birgə layihəni donduran ilk şirkət olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar