SON XƏBƏRLƏR

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021.12.07, 14:36
İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

Gunaz.tv

Rəisi deyib ki, bəziləri Tehranla Qərb arasında aparılan nüvə danışıqlarını ölkə iqtisadiyyatının taleyi və xarici valyutanın (dollr-red) məzənnəsi ilə əlaqələndirməyə cəhd edirlər.

“Bəzi şəxslər və ya cərəyanlar öz istəklərini zorla millətə qəbul etdirmək üçün nüvə müzakirələrini iqtisadiyyata bağlamağa, istər ölkə daxilində, istərsə də ölkədən kənar yerlərdə və virual aləmdə apardıqları fəaliyyətləri ilə gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar.

Təhlükəsizlik qurumlar isə hazırda həmin şəxslərin kimliyini müəyyənləşdirməyə çalışırlar. Lakin biz ölkə əhalisinin iqtisadi baxımdan güzəranını Vyanada aparılan danışıqların nəticəsi ilə əlaqələndirməyəcəyik”, -deyə İran prezidenti İbrahim Rəisi bu gün “Tələbə Günü”  münasibətilə Tehranın Şərif Sənaye Universitetində keçirilən toplantıda etdiyi çıxışında bildirib.

İran prezidenti öz çıxışında özlərinin bir sıra iqtisadi və siyasi maraqları üçün dollarfın məzənnəsini qaldırmağa çalışan həmin “bəsi şəxslər”in adlarını açıqlamayıb. 

Xatırladaq ki, dekabrın 6-da İranda ABŞ dollarının məzənnəsi yenidən qalxaraq 31 min tüməni keçib.

Bildirilir ki, Qərbin Tehranla Vyanada apardığı nüvə danışıqlarının 7-ci mərhələsinin uğursuzluqla nəticələnmsi son üç gündə dolların qiymətinin sürətlə artmasına və həmin qısa müddətdə ümumiyytlə dolların qiymətinin 6% bahalaşmasına səbəb olub.

Yayılan məlumata görə, dekabrın 6-sı axşam saatlarında İranın azad valyuta bazarında hər ABŞ dolları 31 min 40 tümən qarşılığında mübadilə edilib.

gun az article 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar