SON XƏBƏRLƏR

Əli Xamneyi heykəl yaratmaq haqqında fitva verib

2021.10.20, 07:36
Əli Xamneyi heykəl yaratmaq haqqında fitva verib

Gunaz.tv

GünAzTv: İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi heykəllər, büstlər və rəsm əsərləri ilə bağlı yeni fitva verib.

 

Son günlər paytaxt Tehranın müxtəlif parklarında, küçə və meydanlarında ayrı-ayrı tarixi şəxsiyyətlərin, ədəbiyyat və mədəniyyət xadimlərinin şərəfinə ucaldılmış 14-ə yaxın büst oğurlanıb. Naməlum şəxslər gecə qaranlığında bu büstləri yerindən qoparıb aparıblar. Oğurlanan büstlər arasında 1905-1911-cı illərdə İranda və Cənubi Azərbaycanda baş vermiş Məşrutə hərəkatının iki azərbaycanlı sərkərdəsi Səttarxan və Bağırxanın da büstləri var.

 

Bu hadisələrin baş verdiyi bir dövrdə İranın dini rəhbərinin tərəfdarlarından biri ona islamda heykəllər, büstlər və rəsm əsərlərin haram olub-olmadığı barədə sorğu ilə müraciət edib. Dini rəhbərin yeni fitvası da bu sorğuya cavab olaraq verilib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, ayətullah Xamneyinin fitvasında deyilir: “Cansız (ruhsuz) varlıqların rəsmini çəkmək, büstünü yaratmaq haram deyil. Həmçinin canlı (ruhu olan) varlıqların simasının rəsmini çəkmək, büstünü yaratmaq da - qabarıq şəkildə olmamaq şərti ilə - haram sayılmır. Lakin insanın və heyvanların heykəlini yaratmaq haramdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar