SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDA BABƏKIN DOĞUM GÜNÜ QEYD OLUNUR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDA BABƏKIN DOĞUM GÜNÜ QEYD OLUNUR

Gunaz.tv
GÜNEY AZƏRBAYCANDA BABƏKIN DOĞUM GÜNÜ QEYD OLUNUR DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Azərbaycanın tarixi azadlıq qəhrəmanı Babəkin doğum gününü Güney Azərbaycanın bütün bölgələrində şənliklə qeyd edirlər. Bu tədbirlər sırasında Güney Azərbaycan türkləri Kəleybərdə yerləşən Babək qalasına yürüşlər təşkil edərək qalaya doğru hərəkət etməkdədirlər. Babəkin doğum günü Babəkin işğalçı ərəblərə qarşı mübarizə apardığı Bəzz qalasında da Güney Azərbaycan türkləri tərəfindən qeyd olunur. Sulduzdan aldığımız məlumata əsasən iyun ayının 1-də axşam saat 9 radələrində qəhrəman Sulduz şəhərinin əhalisi Babəkin doğum gününü qeyd etmək üçün məhəllələrdə toplaşaraq şənliklər keçirməyə başlayıb və atəşfəşanlıq ediblər. Sulduz şəhərinin bütün giriş-çıxışları təhlükəsizlik qüvvələri tərəfindən tam nəzarətə götürülüb. Babək qalasına hərəkət edən maşınlar polislər tərəfindən dayandırılır və Babək qalasına getməyə maneələr törədilir. Məlumatda bildirilir ki, maşın dolusu insanlar Babək qalasına Babəkin ad gününü keçirmək üçün hərəkətdə olan maşın polis postunda saxlamadığı üçün polis tərəfindən atəş açılaraq maşının çox hissələrinə güllələr dəyərək deşildiyi bildirilir. Lakin həmin hadisədə heç kimin yaralandığı bildirilmir. Təbriz şəhərində Azərbaycanın bayrağı hava şarlarına bağlanaraq səmaya buraxılmış və Babəkin doğum günü şənliklərlə qeyd olunmaqdadır. Belə tədbirlər Güney Azərbaycanın əksər bölgələrində keçirilir. Tədbirlər əsasən musiqiçi və ziyalıların iştirakı ilə şəhər daxilində, şəhər ətrafı dağlarda və istirahət yerlərində keçirilir. Kütləvi xarakter alan bu tədbirdən qorxuya düşən molla hakimiyyəti şəhərlərdə polis və təhlükəsizlik qüvvələrini hazır vəziyyətə gətirmiş və şəhərlərin giriş-çıxışları tam nəzarətə götürülmüşdür. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar