İran Ali Məhkəməsi, “qızıl sikkə sultanı” ləqəbi ilə tanınan şəxsə və daha bir müttəhimə çıxarılan ölüm hökmünü təsdiqləyib

22.10.2018, 11:56

 GünAzTV: İran Ali Məhkəməsi, ölkədə “qızıl sikkə sultanı” ləqəbi ilə tanınan şəxsə və daha bir müttəhimə inqilab məhkəməsi tərəfindən çıxarılan ölüm hökmünü təsdiqləyib.

 

Bu barədə, İran Məhkəmə Sistemi rəisinin birinci müavini axund Qulamhüseyn Möhsüni Ejei oktyabrın 21-də jurnalistlərə açıqlama verib.

 

Axund Möhsüni Ejei

 

Ejei bildirib ki, ölümə məhkum edilənlər ölkınin iqtisadi sisteminə xələl gətirmməkdə və yer üündə fəsad törətməkdə günahlandırılırlar: “Qanunsuz valyuta və qızıl sikkə ticarəti şəbəkələri vasitəsilə ölkənin iqtisadi sisteminə xələl gətirən, valyuta və qızıl sikkə bazarında böhran yaşanmasına səbəb olan 15 nəfərin məhkəməsi keçirilib.

 

Onlar arasında “qızıl sikkə sultanı” ləqəbi ilə tanınan müttəhim Vəhid Məzlumin və Məhəmməd İsmayıl Qasimi adlı daha birisi yer üzündə fəsad törətməkdə günahlandırılaraq edama məhkum edilib və həmin hökm artıq İran Ali Məhkəməsi tərəfindən təsdiq edilib. Bu isə, düşmənin  iqtisadiyyatımıza təzyiq göstərməsi və ölkə əhalisinin güzəranını çətinləşdirdiyi bir vaxtda ölkənin ağır iqtisadi böhranındaxn sui-istifadə edənlərə bir xəbərdarlıqdır”.

 

Xatırladaq ki, bir neçə ay əvvəl, İranın hökumət saytları “qızıl sikkə sultanı” adı ilə tanınan əsas müttəhim, Vəhid Məzluminin 2 ton qızıl sikkə ilə bərabər həbs edilməsi barədə məlumat yaymışdılar.  Bildirilir ki, hakimiyyət orqanlarında çalışan bəzi tanışları vasitəsilə valyuta və qızıl sikkə bazarı ilə bağlı qəbul ediləcək qərarlardan əvvəlcədən xəbərdar olan Vəhid Məzlumin, tərəfdaşları ilə birlikdə sikkə bazarında olan bütün qızıl sikkələri alaraq onların qiymətini özləri təyin etməklə, ölkə iqtisadiyyatına ciddi xələl gətiriblər.

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"

2022-05-25

gun az article

İranda bahalığa etiraz edən fəal saxlanılıb

2022-05-25

gun az article

İranda qadın məhkum edam edilib

2022-05-25

gun az article

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

2022-05-25

gun az article

İsrail və Türkiyə yeni mülki aviasiya sazişi üzərində işə başlayacaq

2022-05-25

gun az article

Sentyabrda Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək

2022-05-25

gun az article

Kraliça II Elizabet 28 May Günü ilə bağlı İlham Əliyevi təbrik etdi

2022-05-25

gun az article

"Bütün vətəndaşlar fars dilinin qeyrətini çəkməlidir"-Fars Dili Akademiyasının başçısı

2022-05-25

gun az article

Amerika SEPAH polkovnikinin öldürülməsi ilə bağlı iddiaları təkzib edib

2022-05-25

gun az article

Amerikada yaşayan iranlılardan Baydenə çağırış: "İran xalqının internətə çıxışına yardım edin"

2022-05-25

gun az article

Azərbaycanda müdafiə xərcləri 20 faizdən çox artırılıb

2022-05-25

gun az article

Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

2022-05-25

gun az article

Amerika İranın qaçaq neftini daşıyan gəmini saxlayıb

2022-05-25

gun az article

Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

2022-05-25

gun az article

SEPAH komandirindən məsullara ittiham: "Övladları Amerika və Kanadaya sığınıb"

2022-05-25

gun az article

Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

2022-05-25

gun az article

Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

2022-05-25

gun az article

Azərbaycan regionun lider ölkəsidir - Bağdad Amreyev

2022-05-25

gun az article

“İstənilən sazişi dəstəkləyirik” - Avropa İttifaqı rəsmisi

2022-05-25

gun az article

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

2022-05-25