İran rəsmisi: “Saxta spirtli içki qurbanlarının sayı 42-ə çatıb”

02.10.2018, 11:51

GünAzTV: İranda əldəqayırma saxta spirtli içki qurbanların sayı 42 nəfərə çatıb. Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi oktyabrın 1-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, son üç həftədə saxta və əldəqayırma alkoqollu içkilərdən zəhərlənən 460 nəfər tibb mərkəzlərinə müraciət edib: “Həmin şəxslərdən 42-si həyatını itirib, 16-sı isə görmə qabiliyyətini itirərək kor olub, 170 nəfərin isə böyrəyində ciddi problemlər yaranıb. Saxta içkilərdən ölən və ya zəhərlənənlər, əsasən Hormozqan, Şimali Xorasan, Fars, Kohkiluye və Boyer Əhməd və Əlbürz əyalətlərində yaşayan vətəndaşlardır. Ölənlərin ən cavanı 19 yaşlı bir qız, ən yaşlısı isə 57 yaşı olan bir kişidir”.

 

 

Qeyd edək ki, İrana hakim şərit qanunlarına görə, dini azlıqlardan, (xristianlar, yəhudilər və zərdüştilər) olmayan vətəndaşların alkoqollu içkiləri saxlaması və ya içməsi qadağandır. Qanunu pozanlar isə 80 şallaq zərbəsinə məhkum edilir. Məhz, həmin qadağa və məhdudiyyətləri nəzərə alaraq, ölkənin müsəlman əhalisi həyatlarını təhlükəyə ataraq, əldəqayırma yolla hazırlanmış qeyri-standard alkoqollu içkilərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə ölüm təhlükəsi ilə yanaşı, çox hallarda onları görmə qabiliyyətlərini itirmək riski ilə üz-üzə qoyur.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Avropa Birliyi və Amerika İrana qarşı yeni cəza tədbirləri tətbiq edəcəklər

2022-09-27

gun az article

Avstraliyadakı iranlılar xalq etirazlarına dəstək aksiyası keçiriblər

2022-09-27

gun az article

ABŞ Ukraynaya 12 milyard dollar yardım ayırır

2022-09-27

gun az article

Vətən müharibəsinin başlamasından iki il ötür

2022-09-27

gun az article

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

2022-09-27

gun az article

Bu gün Azərbaycanda Anım Günüdür

2022-09-27

gun az article

Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

2022-09-27

gun az article

Tehranlı deputat etirazçıları təhqir etdi: "Xalqın ətəyini bulaşdıran bu murdarlar..."

2022-09-27

gun az article

Almaniyanın xarici işlər naziri İrana qarşı sanksiyalar tələb edib

2022-09-27

gun az article

Tehranda izdihamlı aksiyalar başlayıb

2022-09-26

gun az article

Kanada əxlaq polisi də daxil olmaqla İranın onlarla şəxs və qurumuna sanksiya tətbiq edəcək

2022-09-26

gun az article

Tehranın "Tərbiyət Müdərris" Universitetində öyrəncilərin etiraz aksiyası başlayıb-VİDEO

2022-09-26

gun az article

İran internetin sürətinə görə dünyada 147-ci yerdədir

2022-09-26

gun az article

İran hökuməti xalqı hədələdi: "Etirazçılara qarşı silahlı tədbir görüləcək"-XİN

2022-09-26

gun az article

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib

2022-09-26

gun az article

Ərdoğan Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparacaq

2022-09-26

gun az article

İranın 3 nüfuzlu din xadimi etirazlara dəstək verdi

2022-09-26

gun az article

Avropa Şurasından İrana tələb: "Etirazçılara qarşı zorakılığa dərhal son qoyulsun"

2022-09-26

gun az article

Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub

2022-09-26

gun az article

Sabah Azərbaycanda Anım Günüdür

2022-09-26