SON XƏBƏRLƏR

İran vurulan təyyarədə ölən ikili vətəndaşlığı olan şəxslərə kompensasiya ödəməkdən boyun qaçırır

2021.10.20, 07:36
İran vurulan təyyarədə ölən ikili vətəndaşlığı olan şəxslərə kompensasiya ödəməkdən boyun qaçırır

Gunaz.tv

GünAz TV:  İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi vurulan Ukrayna təyyarəsində həyatını itirən şəxslərin ikili vətəndaşlığını qəbul etmədiyini deyib.

 

O, çıxışı zamanı həmin şəxslər haqqında “ölənlərin çoxu İran vətəndaşlarıdır” fikrinə yer verib. Bu isə o deməkdir ki, rəsmi Tehran həmin qurbanların vətəndaşı olduğu 2-ci ölkəyə təzminat ödənməsi məsələsini rədd edir.

 

Abbas Musəvi bu məsələni Kanadanın Xarici İşlər nazirinin də diqqətinə çatdırdıqlarını bildirib.

 

Qeyd etmək lazımdır ki, yanvarın 8-də Ukrayna hava yollarına məxsus təyyarənin qəzaya uğraması barədə məlumatlar yayılmışdı. İran 3 gün saxta xəbərlər yaydıqdan sonra, nəhayət göyərtəsində 176 nəfər olan təyyarənin “Sepah” tərəfindən raketlə vurulduğunu etiraf etmişdi.

 

Təyyarədə vətəndaşları olan digər ölkələr İranı məsuliyyəti tam qəbul etməyə, təyyarəni vuranları cəzalandırmaq istiqamətində ədalətli davranmağa və bütün qurbanların ailələrinə kompensasiya ödəməyə çağırırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar