GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri saxlanılıblar
Urmu gölü barədə son məlumat açıqlandı
Blinken Həmas tərəfindən əsir götürülənlərin ailələri ilə görüşdü
Azad edilən ərazilərdə ötən ay 332 mina, 2502 PHS aşkarlanıb
İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı
Aktivistin müvəqqəti azad olunmasına icazə verilmir
"Bələdiyyə əcnəbilərlə müqavilə bağlaya bilər, lakin gizli yox"- deputat
3 şəhərdə 5 məhkum edam edildi
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır
Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb
Əfqanistanlılar Tehrandan çıxarılır
"BINANCE" müəssisəsinin təsisçisi 4 ayadək həbsə məhkum olunub
Təbrizdə ilk elektrik muzeyi açılır
Tarixi “Xənəyi” Körpüsü tamamilə dağılmaq üzrədir
Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın
Marağada 400 illik tarixi abidə məhv olur
Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır
"SEPAH-ı terrorist adlandırmaq Britaniyanın maraqlarına uyğun deyil" - Devid Kemeron
"Traxtur" klubu yenidən cərimələndi
İrandan bəzi məhsulların idxalı dayandırıldı
Rafael Qrossi İrana səfər edəcək
Tanınmış güneyli həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib
Korrupsioner milyarder əfv edildi- Edam həbslə dəyişdirilib
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklayır
Netanyahu: İsrail danışıqlarından asılı olmayaraq Rəfaha girəcək
İran mediası: Azərbaycan İranın təzyiqi nəticəsində Zəngəzur dəhlizindən imtina etib
Ermənistan parlamenti müxalifətin Azərbaycanla delimitasiyaya dair layihəsini gündəliyə salmayıb
XİN rəhbəri: Azərbaycan Ermənistanla ikitərəfli və birbaşa sülh danışıqlarına tərəfdardır
Kənd əhalisi etiraz aksiyası keçirib
İsrail İranda SEPAH-ın əməkdaşını öldürüb
İran həbsxanalarında 12 məhkum edam edildi
Britaniya Parlamenti Rusiyaya qarşı sanksiyaları səmərəsiz adlandırıb
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
Dövlət Departamenti: Ukrayna qışa qədər Rusiyanın zərbələrinin ciddi nəticələri ilə üzləşəcək
İranda qəzalı binalarda yaşayanların sayı açıqlandı
Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb
Nika Şakərəmi barədə yeni faktlar üzə çıxdı - Təcavüz edib, öldürbülər
Gənc güneyli məhbus azad olunub
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Güneyli aktivistlər barədə həsb qərarı çıxarılıb
Milli fəalların həbs qərarı qüvvədə saxlanıldı
Ursula Fon der Lyayen: "TikTok" Avropa İttifaqında bloklana bilər"
GünAz TV: M.Ə.Rəsulzadənin fəaliyyətinin mühüm bir hissəsini də onun dövlətimizin Azərbaycan adlandırılması əleyhinə olan fars şovinistlərinə qarşı mübarizəsi və yazdığ məqalələrdəki əsaslı cavabları təşkil edir.1918-ci ildə ilk Cümhuriyyətimizi yaradarkən dövlətin Azərbaycan adlandırılması İranda çoxlarını narahat etmiş, qəzetlərdə yazılar çap olunmuşdu.1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı nəşr ediləndə Tehrandakı “Mibəni Yovmiyyə” qəzetində Rəsulzadə və Azərbaycan adı əleyhinə məqalə çap olunmuşdu.M.Ə.Rəsulzadənin həmin qəzetdəki məqaləyə cavabında tariximiz üçün çox maraqlı məqamların olduğunu diqqətə alıb oxuculara təqdim edirəm.Bu yazı ilk olaraq İstanbulda 1923 cü ildə “Yeni Qafqasiya” jurnalında çap edilib.Həmin yazını nəşrə hazırladığım “M.Ə.Rəsulzadə, Əsərləri, 2-ci cild, mühacirət dövrü” kitabına daxil etmişəm.
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru
ZƏRURİ BİR İZAH
(İdarəyə məktub)
6 Rəbbiyül axir 1342/15 Təşrini sani 1339, yıl:1, sayı: 4, s. 12-14
Tehranda müntəşir “Mibəni Yovmiyyə” qəzeti,Ruşəni bəyin keçənlərdə İran haqqında verdiyi bir konfransdan bəhs edərkən, “Azərbaycan Cumhuriyəti”adındakı risalənin müəllifi olmaq hesabiylə bizi də təhtı müaxizəyə(sıxışdırmağa) almışdır.
“Azərbaycan Cumhuriyəti”ndən bəziiranilərin naməmnun qaldıqlarını ağızdan-ağıza eşidiyordum. Fəqət bu adəmi məmnuiyətin Ruşəni bəyin Türk Ocağı heyəti idarəsinin dəxi mucibi təəssür(bir şeyin təsiri altında olma) və infial(xəcalət çəkmə) olan heysiyyəti-şikən nitqindən daha ziyadə mucibi təəssür və əndişə olduğunu qətiyyən xatır və xəyalə gətirməmişdim.
Ruşəniyə muqabələ edən “Mibən”qəzeti Türkiyə və türklük haqqında qullandığı lisani-təhqirdə tərəf müqabilinə rəhmət oxutduracaq bir məharət göstərdikdən sonra, bir çox şikayətlərdə bulunaraq, əzcümlə diyor ki:
“...axirən maarif nəzarətinin müsaidəsi ilə Rəsulzadə tərəfindən İran əleyhinə yazılan kitablar və İran azərbaycanlılarının türk olduqlarını tərənnüm etdirmək məsələyə başqa bir əhəmiyət verməkdədir”.
Bu surətlə, münaqişəni Ruşəni bəhsindən Rəsulzadə məbhəsinə nəql etdikdən sonra “Mibən”qəzetinin mühərriri bir az da bizi qarelərinə(oxucularına) tanıtmaq zəhmətinə qatlanmışdır. Abdi aciz, “ilk dövreyi məşrutiyyət”də Tehranda bulunmuş, İran bayrağının himayəsinə sığınmış, ən böyük “İrani Nov”qəzetinin baş mühərrirliyi bənə tovdi(təslim etmə) olunaraq məmləkətin siyasətinə müdaxiləm caiz görülmüş və sonra İranı tərk ilə bir müddət İstanbulda oturduqdan sonra Qafqasyaya ovdət eylədiyimdə, ilk işim “İran ilə ziddiyət” olmuş və Bakıdakı Müsavat hökuməti zamanında bu “müqəvva” hökumətin rəyasəsindən bulunmuş, Azərbaycanın ismini İrandan çalmış, şimdi də İstanbuldakı türk əfəndilərimə xoş gəlmək üçün “Azərbaycan Cumhuriyyəti” namında bülən və bələ (qosqoca) bir kitab, bu kitabda da Azərbaycan ismini hər iki Azərbaycana təmsil edərək, ismi kibi, İran Azərbaycanının cismini çalmanın dəxi qolay bir iş olduğunu təsəvvür etmişimdir”.
Məntiq zəifini söyüş qüvvəti ilə tovzi(bölüşdürən) edən mühərririn təzyiflərinə qarşı müqabilə etməyi heç cür özümə rəva görməm. Yalnız zikri keçən vəqayiin surəti cərəyanına aid xüsusatın pək yanlış olaraq təsbitini görmədiyimdən bəzi təshilata(asanlaşdırma) lüzum hiss ediyorum.
Əvvəla, munsif iranilərin dəxi təsdiq edəcəyi vəchilə, Tehran, bənə böyük bir qəzetin mühərrirliyini həvalə etmədi. Biləks, bən ilk dəfə olaraq böyük Avropa-qare(oxucu) və yovmi(gündəlik) bir qəzeti, “İrani Nov” təsis edərək Tehranı tərk etdim.
Saniyən, qüvvəm yetdiyi qədər İran istiqlalına xidmət eylədiyim halda, məatəəssüf, İran bayrağı məni himayə edəmədi və rus səfarətinin cabiranə müdaxiləsi üzərinə, bir həftə əsnasında İranı tərk etmək zərurətində qaldım, İstanbula isə rus təzyiqindən sığınmaq üçün gəldim.
Salisən, “Azərbaycan Cumhuriyyəti”namıyla kitabımı Maarif nəzarətinin müsaidəsi ilə yazmadım. Biləks, senzura tərəfindən müsaidə edilib edilməyəcəyi üzərinə pək çox düşündüm.
Bir kaç kəlmə də əsil mövzu üzərinə söyləyəlim:
Bu məqalədən də anlaşıldığı vəchilə iranlı dostlarımızın ən çox qızdıqları şey bənim azərbaycanlıların türk olduqlarını iddia edişimdir. “İran əleyhindəki iqdamatım” da qaliba bundan ibarət olacaq. Fəqət bu iddiaya qızmaqdan dəxi bayağı bir şey təsəvvür etməm. Bir xalqın milliyyətini tədqiq edərkən qonuşduğu lisanın əhəmiyyəti varsa, bu etibarla azərilər türkdür. Azərilərin fars ikən lisanları cəbrən alınıb da, yerinə türkcə qonuşduğu iddiasının vəhi olduğu aşikardır.
“Mibən”qəzetinin də zikr etdiyi vəchlə, nə Bakı ətrafındakı “tat köyləri”, nə də Suraxanıdakı atəşgədə Təbriz ilə ətrafının türkcə qonuşduğunu inkar etməzlər. Təbrizlilər bir çox saiqlər təhtində kəndilərini iranlı bilirlər. Sözün mənayı siyasisi ilə İranidirlər də. Fəqət, heç kimsə İran türklərinin dəxi mövcud olduğunu inkar edəməz. Bir İran türklüyü vardır. Azərbaycanlılar türkcə söylüyorlar. Təbriz ilə həvalisindəki xalq ədəbiyyatı, xalq lisanı, xalq adət və əxlaqı Bakı ilə Gəncə ətrafındakından başqa deyildir. “Aşıq Kərəm” ilə “Koroğlu” dastanları, Qafqasya ilə Anadoluda olduğu kibi, İran Azərbaycanında da mütədavildir. “Dədə Qorqud”un lisanı bu gün İrəvan ilə Təbrizdə söylənən lisandan pək də fərqli deyildir.
Bütün bunlara cavab olaraq, “Çingiz”in təbrizliləri fars ikən türk yapdığını” söyləmək qədər qeyri ciddi bir cavab təsəvvür olunamaz. Hələ “kəndilərini Çingizə məsub bilənlərin təbrizlilərin intiqamından (kəndilərini türk əddetməzlərsə) qorxduqları” kibi mülahizələr məntiqi bir cavab olmaq üzərə on para etmədiyi kibi bir “şahı”ya da dəyməz.
Vaxtilə qardaş İran xalqının hürriyət və istiqlalpərvəranə mücadiləsinə əlimizdən gəldiyi qədər müavinətdə bulunduq. Sıra öz məmləkətimizə gəldi. Onun xilası üçün çalışdıq. Bildiyimiz və bacardığımız kimi mübarizə etdik. Bu mübarizədə iranlı qardaşlarımız bizə ümid etdiyimiz müavinəti göstərmədilər. Bəlkə də məzur idilər. Fəqət zülm istibdadını pək daddıqları və hələ də dadmaqda olduqları Rusiya kimi ənud(inadcıl,tərs) bir düşmənə qarşı məruz qaldığımız fəlakət üzərinə Mihənlərin yaralarımıza duz tökəcəklərini də qətiyyən ümid etməzdik.
Fəqət İran əfkari ümumiyəsi üzərindəki mövqeyinin nə olduğunu bilmədiyimiz “Mibən”qəzetinin nəşriyatı zənn etməyiz ki, mütəfəkkir İranilərin dəxi iştirak edəcəyi bir lisan olsun. Nasıl ki, Ruşəninin lisanı dəxi, “Varlıq”qəzetinin söylədiyi kibi, ciddi Türk əfkari ümumiyəsinə tərcüman olamaz.
“Azərbaycan Cumhuriyyəti” adlı əsərin müəllifi
Rəsulzadə Məhəmməd Əmin
“Yeni Qafqasiya”,jurnalı,
6 Rəbiyül axir 1342/15 Təşrini sani 1339, yıl:1, sayı: 4, s. 12-14
Urmu gölü barədə son məlumat açıqlandı
İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı
"Bələdiyyə əcnəbilərlə müqavilə bağlaya bilər, lakin gizli yox"- deputat
Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb
Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın
Marağada 400 illik tarixi abidə məhv olur
İrandan bəzi məhsulların idxalı dayandırıldı
Tanınmış güneyli həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb
“İcbari hicab qadınların kəramətini və azadlığını pozur”- iranlı islamşünas
Azad edilmiş ərazilərdə daha 159 mina, 380 PHS aşkarlanıb
Əl ilə toxunmuş ən böyük xalça təqdim olunub
Urmu gölü yenidən quruyacaq - Ekoloq
Azərbaycanlı müəllim azadlıqda
İran İsrail zərbələrinin vurduğu ziyanı ört-basdır etməyə çalışıb - SÜBUT
ABŞ: İran silahları təbliğ olunduğu qədər effektli deyil
Husilər Britanyaya məxsus neft tankerini vurdu
İrana qarşı birlik qurulur
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
HƏMAS mülki sığınacaqlardan raket atır
İsrail İranın S-300 raketlərini məhv edib!
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Şuşanın Qaybalı kəndində mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb
Ermənistanda delimitasiyaya etiraz edən hərbçilər məsuliyyətə cəlb olunub
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
İrana qarşı birlik qurulur
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
İran İsrail zərbələrinin vurduğu ziyanı ört-basdır etməyə çalışıb - SÜBUT