Misbah Yəzdi: “Dünya liderlərindən fərqli olaraq, Əli Xamneyi səhvsizdir”

31.07.2019, 14:22

GünAz TV: “İmam Xomeyni Təhsil Müəssisəsi”nin sədri, axund Məhəmmədtağı Misbah Yəzdi 30 illik dini liderlik dövründə Əli Xamneyinin fəaliyyətini “qüsursuz” adlandırıb.

 

O, inqilabdan öncəki dövrün “təhlükəli” və “etibarsız” olduğunu deyib. Axund iddia edib ki, hazırda ölkədə hər kəs istənilən siyasi lideri “rahatlıqla tənqid edə bilər”.

 

“Hətta Ruhullah Xomeyni üçün fərq etmirdi insanlar ona ölüm olsun şüarları səsləndirirlər, ya yaşa. O, ancaq öz vəzifəsini yerinə yetirməklə məşğul idi”- deyə axund əlavə edib.

 

Misbah Yəzdi həmçinin ölkəsinin Amerikaya qarşı düşmənçilik siyasəti yürütməsindən fəxarət hissi duyduğunu deyib. O, Amerika prezidentinin düşmən ölkə adını çəkərkən Çinin və ya Rusiyanın deyil, İranın adını hallandırmasını da “böyük fəxr” adlandırıb.

 

Axund çıxışının davamında iddia edib ki, dünya ölkələrinin rəhbərləri saysız-hesabsız səhvlər etsə də, Əli Xamneyi 30 illik dini liderlik müddətində “1 dəfə də olsun, ən adi səhv belə etməyib”.

 

Misbah Yəzdinin iddiasına baxmayaraq, Əli Xamneyinin özü ötən il nüvə razılaşmasını tənqid edərkən dövlətə Qərblə nüvə müzakirələrinə icazə verməklə, böyük səhv etdiyini demişdi.

 

“Nüvə razılaşması səhv idi. Müzakirələr mövzusunda səhv etdim və rəsmilərin təkidləriylə buna razılıq verdim. Bununla müəyyən olunmuş qırmızı xətləri də keçdim”- deyə Xamneyi insanlarla görüşü zamanı bildirmişdi.

 

"Dini lider"in bu sözləri böyük qalmaqala səbəb olduğundan, ofisi məsələ ilə bağlı bəyanat verməyə məcbur olmuşdu. Bir neçə saat sonra isə onun dediklərinin böyük hissəsi media orqanlarında dərc edilmiş xəbərlərdən silinmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24

gun az article

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək, Füzulidə inşa edilən məktəbin açılışına qatılacaq

2023-03-24

gun az article

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

2023-03-24

gun az article

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

2023-03-24