SON XƏBƏRLƏR

Qardaş ölkə terrorçularla toqquşmada 6 şəhid verib

2021.10.20, 07:36
Qardaş ölkə terrorçularla toqquşmada 6 şəhid verib

Gunaz.tv

GünAzTv: Hadisə PKK terrorçularının əvvəl raket, sonra avtomat silahlarla törətdiyi hücum nəticəsində baş verib.

 

Türkiyənin Hatay vilayətində baş vermiş terror hadisəsi nəticəsində 6 hərbçi ölüb, 9 nəfər isə yaralanıb.Bu barədə ANS PRESS “Cihan”a istinadən xəbər yayıb.

 

Hadisə İskəndərun rayonu Hərbi Dəniz bazası komandirliyinə bağlı təkmilləşdirmə birliyində, PKK terrorçularının əvvəl raket, sonra avtomat silahlarla törətdiyi hücum nəticəsində baş verib. Hücum nəticəsində yaralanan 9 hərbçi İskəndərun dövlət və Hərbi dəniz xəstənalarına çatdırılıb. Hazırda hadisənin baş verdiyi yerdə təhlükəsizlik tədbirləri çoxaldılıb və terrorçuların axtarışı istiqamətində əməliyyatlar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar