SON XƏBƏRLƏR

Qəzvinli gəncin orqanları bir neçə nəfəri həyata qaytarıb

2021.10.20, 07:36
Qəzvinli gəncin orqanları bir neçə nəfəri həyata qaytarıb

Gunaz.tv

GünAz TV: Qəzvin Əyaləti Tibb Universitetinin Müalicə işləri üzrə sözçüsü, qəzvinli gənc xanımın bədən üzvlərinin ehtiyacı olan xəstələrə bağışlandığını bildirib.

 

İlham Hacı Rəfii bu barədə “Təsnim” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Beyin qanaxması keçirən 29 yaşlı gənc xanım sentyabrın 6-da Qəzvinin Buəli Sina xəstəxanasına yerləşdirilib. Təəssüflər olsun ki, həkimlər sentyabrın 8-də xəstənin beyin ölümünə düçar olduğuna dair açıqlama verib. Bundan sonra xəstənin ailəsi ilə söhbət olunub və onlar həmin xanımın bədən üzvlərinin xəstələrə köçülürməsinə razılıq verib”- deyə o bildirib.

 

İlham Hacı Rəfii əlavə edib ki, “beyin ölümü keçirən gənc Tehranın Xomeyni Xəstəxanasına intiqal edilib, onun orqanları dərhal bir neçə xəstəyə köçürülüb və onları yenidən həyata qaytarıb.”

 

Qeyd edək ki, Azərbaycan diyarında hər gün ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Ötən həftə Güney Azərbaycanın Meşginşəhr və Xoy şəhərlərində də oxşar faktlar qeydə alınıb. Motosikletlə qəza keçirib beyin ölümünə düçar olan meşginşəhrli Əsğər Dusti və Xoy şəhərində 16 yaşlı Kunq fuçu Məhəmməd İlatinin də bədən üzvləri ailələrinin razılığı ilə xəstələrə köçürülüb. Məhəmməd İlati festival mərasimində səhnə hərəkətləri nümayiş etdirdiyi zaman baş nahiyyəsindən ağır zərbə alması nəticəsində komaya düşüb. Həkimlər onun həyata qaytarılmasının mümkün olmadığını bildirincə, ailəsi orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsini istəyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar