Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Bir neçə gün öncə İran çox vacib bir qonaq qəbul etdi. Avropa Birliyinin (AB) təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana nüvə proqramı ilə bağlı müzakirələr aparmaq məqsədilə Tehrana səfər etdi. Səfər zamanı İran tərəfinə İngiltərə, Fransa, Almaniya, ABŞ, Çin və Rusiya tərəfindən hazırlanmış təkliflər paketi təqdim olundu. Paketdə uranın zənginləşdirilməsinin dayandırılması qarşılığında İrana iqtisadi və texnoloji dəstəyin verilməsi ilə bağlı vədlər yer alırdı. İrandan təkliflərə yaxın vaxtlarda cavab verilməsini istəyən Solana cavabın erkən verilməsinin daha məqsədəuyğun olduğunu açıqladı. Solananın bu ziyarətini AB-İran münasibətlərinin dönüş nöqtəsi kimi dəyərləndirmək mümkündür. Avropa ölkələrinin İran ilə tarixi əlaqələri mövcuddur. Avropa ölkələri İrana Yaxın Şərqdə 1945-ci ildən sonra nüfuz qazanan ABŞ-dan daha əvvəl - 16-cı əsrdə gəliblər. İran avropalıların Osmanlı dövlətini nəzarətdə saxlamaq və onun genişlənməsinin qarşısını almaq məqsədilə istifadə etdikləri əhəmiyyətli vasitə olub. İranın tarixi, mədəni və geosiyasi mövqeyi avropalılar üçün önəmli hesab edilib. Avropalıların siyasəti İrandakı siyasi həyatın formalaşmasında önəmli rol oynayıb. İkinci Dünya müharibəsinə qədər İranda xarici hegemon qüvvə olan avropalılar müharibədən sonra öz yerlərini ABŞ-a vermişdilər. Avropalılar bu bölgədə ABŞ-a uduzsalar da, hər zaman İran ilə yaxşı münasibətlər qurmaq istəyiblər. Amma AB-İran münasibətləri İslam İnqilabından (1979) sonra gərgin bir mərhələyə qədəm qoydu. İranın insan haqları ilə bağlı problemləri, terrorizmə dəstək göstərməsi, Yaxın Şərqdə sülhün əldə edilməsinə mane olması, kütləvi qırğın silahlarına və nüvə gücünə sahib olmaq uğrunda mübarizəsi hər zaman İran-AB əlaqələrində gərginliyin qaynağı olub. AB və ABŞ-ın İrandan siyasi tələbləri eyni olsa da, Avropa və Amerika bunların reallaşdırılması üçün fərqli yollara əl atıblar. AB-yə görə, İran beynəlxalq sistemə inteqrasiya etməlidir. İranın beynəlxalq sistemə inteqrasiyasının yolu dialoq və konstruktiv əlaqələrin qurulmasından keçir. ABŞ-ın təcrid və hədə-qorxu siyasəti İrana təsir etmir, əksinə, onu daha da radikal addımlara sövq edir. Bu təzyiq İranın beynəlxalq sistemdən uzaqlaşdırılmasına və radikallaşmasına səbəb ola bilər. AB-yə görə, İran ilə əlaqə qurulmalı və İran normal davrandıqca ələqələr inkişaf etdirilməlidir. AB-nin insan haqlarının pozulması, terrorizm, kütləvi qırğın silahları, Yaxın Şərq sülh prosesi, nüvə proqramı və bölgədə sabitlik məsələsində İrana münasibəti daim tənqidi xarakter daşıyıb və sözügedən məsələlərdə İranın mövqeyini dəyişməsini istəyib. Bu səbədən AB-İran münasibətləri Xatəminin (1997-2005) dövründə müsbət yöndə inkişaf edib. Xatəminin hakimiyyətə gəldikdən sonra daxili siyasətdə demokratikləşmə, xarici siyasətdə “təzyiqin aşağı salınması” və mədəniyyətlərarası dialoq fikri ilə çıxış etməsi Qərbdə müsbət qarşılanıb. Xatəmi hökuməti AB-nin “dialoq yolu ilə İranın ağıllandırılması” fikrinin təsdiqini tapmasını asanlaşdırdı. Bu fikir 2005-ci ildə Əhmədinejad hakimiyyətə gəldikdən sonra yenidən müzakirə olunmağa başlandı. Əhmədinejadın iqtidara gəlməsi AB ölkələrini məyus etdi və “dialoqla İranı ağıllandırmaq” fikri şübhə altına düşdü. Bu prosesdən sonra AB təməl fikrindən qopmasa da, İrana qarşı siyasətini sərtləşdirdi. İranın nüvə proqramı ilə bağlı müxtəlif embarqo qərarları ilə üzləşməsi də sözügedən sərtləşmənin nəticəsidir. Vəziyyətin belə dəyişməsi ABŞ-ın qarşısında yeni perspektivlər açdı. AB 1979-cu il inqilabından sonra İranın xarici siyasətində önəmli mövqeyə sahibdir. İran-AB əlaqələri qlobal sistemin mahiyyətinin dəyişməsi ilə formalaşan bir yenilikdir. İran AB və ABŞ arasında, xüsusilə, soyuq müharibədən sonra artan mənfəət və mövqe mübarizəsindən yararlanmaq istəyir. Bu vəziyyət İranı nisbi də olsa beynəlxalq dəstəklə təmin edir. Sözügedən siyasət nəticədə ABŞ-ın İranı təcridetmə siyasətini məğlubiyyətə uğrada bilər. İran AB-yə yaxınlaşaraq, ABŞ-ı İran qarşısında tək qoymaq istəyir. Bundan əlavə, AB-İran yaxınlaşması iqtisadi qaynaqlar və sənaye texnologiyası baxımından ciddi dəstək ola bilər. İran İraqla apardığı müharibədən sonrakı dövrdə “AB və ABŞ arasındakı problemlərin onların yenidən bir araya gəlməsini mümkünsüz edən qədər dərin” olduğunu düşünərək, daha rahat hərəkət etməyə başladı. İranın fikrincə, İraqın işğalı və sonrakı hadisələr AB və ABŞ arasında gizli bir qlobal rəqabətin meydana gəlməsinə səbəb olub. AB ABŞ-ın öz hegemonluğunu qurmasına müsbət yanaşır. İran çox önəmli geosiyasi mövqedə yerləşir. Dolayısı ilə AB İranın ABŞ-ın hegemonluğu altına girməsini istəyir. Ancaq son dövrdə baş verən hadisələr vəziyyətin dəyişə biləcəyindən xəbər verir. AB-nin sərtləşməsi və bəzən ABŞ-ın mövqeyinə yaxınlaşması tərəflər arasındakı siyasi fərqlərə baxmayaraq, onların bir araya gələ biləcəklərini göstərir. İranın nüvə proqramına dair AB-nin siyasəti də ABŞ-a uyğun formalaşıb. AB də ABŞ kimi İranın nüvə silahına sahib olmaq istədiyini düşünür və bunun qarşısını almağa çalışır. Qurum İranın uranın zənginləşdirilməsi ilə bağlı çalışmalarına güvənmir. AB İranın etibarlı, şəffaf və beynəlxalq təşkilatlar tərəfindən yoxlana biləcək nüvə proqramı həyata keçirməsini istəyir. AB problemin müzakirələr və diplomatik mexanizmlər çərçivəsində həllinin tərəfdarıdır. Qurum müzakirələr üçün uranın zənginləşdirilməsinin təxirə salınmasını da vacib şərtlərdən sayır. Buna görə AB problemin BMT-nin qərarları çərçivəsində həllini və İranın sözügedən qərarlara uymasını istəyir. Bundan əlavə, AB İrana hərbi müdaxilənin də əleyhinədir. Bu səbəbdən İranın nüvə probleminin həll olunmasında ən çox səy göstərən də Avropadır. AB-nin məsələ ilə bağlı mövqeyini ABŞ da dəstəkləyir. ABŞ İraq məsələsindən fərqli olaraq, İran məsələsində hələ ki AB ilə əlbir hərəkət etmək istəyir və ortaya çıxan uzlaşmanı pozmaq niyyətində olmadığını nümayiş etdirir. Solana İrana dolu gedib, boş qayıtdı. “Comərd” adlandırdığı təkliflər paketi İranda istənilən həyəcanı oyandırmadı. Solananın bir çox istəyi etirazla qarşılandı. Dini lider Xomneyi ilə görüşməsinə icazə verilmədi. Solana İran xalqına müraciət etmək istəyirdi, bu da mümkün olmadı. Solana Əhmədinejad ilə görüşmək istəmədiyinə görə parlamentin yeni sədri və keçmiş nüvə müzakirəçisi Əli Laricani ilə görüşü də ləğv edildi. Hazırkı vəziyyətdə AB diplomatik yollarla İranın nüvə problemini həll etmək məsələsində uğursuz görünür. Sözügedən durum hətta bəzi mütəxəssisləri “AB-nin İran siyasəti iflas edib” qənaətinə gətirir. İndi AB ya İranın nüvə proqramını həyata keçirməsini qəbul edəcək, ya da mövqeyini daha da sərtləşdirəcək. Görünən odur ki, AB geri addım atmaq istəmir və hərbi müdaxiləyə çevrilməyəcək iqtisadi və siyasi embarqo məsələsini dəstəkləyə biləcəyinə dair işarələr verir. Ehtimallara görə, bundan sonrakı dövrdə İran-AB əlaqələrində ciddi gərginlik yaşana bilər. Arif Kəskin, Avrasiya Strateji Araşdırmalar Mərkəzi zaman
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu