İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Tramp Türkiyəyə səfər edəcək
İsrail Baş naziri İranda hakimiyyət dəyişikliyinin hələ də gündəmdə olduğunu deyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib
İranda manatın son məzənnəsi
Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib
Tramp: ABŞ-ın İranla mübarizədə quru qoşunlarına ehtiyacı yoxdur
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Həmədanlı etirazçı edam edildi
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
İran İraqın şımalında kürd bazalarını vurdu
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Ali Məhkəmə Məhəmmədrza Fəqihinin əməlinin cinayət olmadığını elan edib
Milli fəllar Ərdəbil Prokurorluğuna çağırılıb
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
İran sərhədçiləri iki qardaşı güllələdi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
CENTCOM: SEPAH-ın PUA-ları hədəfə çatmadan vuruldu
ABŞ-ın Qeşmə hücumu rəsmən təsdiqləndi
İraqda hərbi bazalar hədəfə alınıb
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)
ABŞ İran millisinin heyətində SEPAH üzvlərinin olmasından narahatdır
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Tramp: İranla ABŞ-ın danışıqları dayandırdığına dair yayılan xəbərlər yalandır
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 8 milyard dollarlıq sazişlər imzalanıb
Hakan Fidan: Tramp NATO-nun Ankara sammitinə qatılmağı planlaşdırır
Müəllimlər Tehranda etiraz aksiyası keçiriblər
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Qumda iki SEPAH üzvü həlak oldu
Bu gün BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
İranın yüksək rütbəli hərbçisi ABŞ ilə yenidən müharibəni “qaçılmaz” adlandırıb
Qərb və fars rejimi Azərbaycan türklərilə bağlı məlumatların məşhur KİV-lərinin gündəminə çıxmasında maraqlı deyil ABŞ prezidenti Corc Buşun gələn il yanvarın 20-dək, yəni vəzifəsini növbəti prezidentə təhvil verənədək İrana zərbə endirəcəyi barədə məlumatlar yayılıb. Bu prosesdə İsrailin rolu, Birləşmiş Ştatların rəhbərliyindən təmsil olunan "şahinlərin" mövqeyi, İranın "Şahab" raketlərinin İsrailin nüvə obyektlərinə tuşlanması, ABŞ-ın israrıyla BMT-nin İran əleyhinə sanksiyalar qəbul etməsi, Avropa Birliyinin bu sanksiyalara qoşulması haqqında informasiyalar dövriyyədədir. İnformasiyalar bununla bitmir. Təbriz Quzeyli Corc Buşun çağıraşıyla ABŞ Konqresinin İranda kəşfiyyat aparılması üçün 400 milyon dollar ayrılmasına icazə verməsi, Birləşmiş Ştatların terrorçu PKK-nın İran qolu olan PJAK-la, sünnü ərəblərin təşkilatı olan "Cundullah"la, Bəlucistanın müstəqilliyini istəyən qüvvələrlə, bu yaxınlarda Böyük Britaniyanın terrorçu təşkilatlar siyahısından çıxardığı "Mücaheddine-Xalq" ("Xalqın mücahidləri") təşkilatı ilə əməkdaşlığı, Birləşmiş Ştatlarda yaşayan şovinist Pəhləvilərin hərəkətə keçməsi haqqında məlumatlar yayılıb. Birləşmiş Ştatların İraq ərazisində, İran sərhədi boyunca 4 hərbi baza yaratdığı barədə informasiyalar yayılan ərəfədə İran isə düşmən əsgərləri üçün qəbir qazır, İnqilab Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Əli Cəfəri bildirir ki, müharibə başlayacağı təqdirdə Ərəb körfəzini bağlayacaqlar, neft daşınmasına əngəl olacaqlar və s. Əgər diqqət yetirirsinizsə, sadaladığımız, sadalaya bilmədiyimiz və daha çox məşhur KİV-lərin gündəminə gələn informasiyalarda Güney Azərbaycan türklərinin, onların təşkilatlarının, ümumiyyətlə, İranda, öz tarixi torpaqlarında yaşayan türklərdən söhbət getmir. Bunun müxtəlif səbəbləri var. Ən birincisi odur ki, İranda türklərin bütün təşkilatları insan haqları, demokratiya, milli haqlarımız uğrunda dinc mübarizə aparır və hər hansı terroru, radikallığı, qan tökülməsini rədd edir. Əslinə qalsa, burada bir incə məqam var. İranda əhalinin tən yarısını təşkil edən türklər, soydaşlarımız hər hansı qanlı qarşıdurmada (müharibədə, terrorda və s.) maraqlı deyil. Fars-molla rejimi soydaşlarımızın bütün milli və insani hüquqlarını əlindən alsa da türklər 1925-ci ilədək (rus və ingilislərin əliylə hakimiyyətə gələn Rza Pəhləvinin şahlığınadək) birmənalı şəkildə hakimiyyətdə olduqları bir ölkənin-İranın taleyi üçün məsuliyyət daşıdıqlarını dərk edirlər. İranda sayca üstünlük təşkil edən 35 milyon türkün sərt, radikal mövqe ortaya qoymamasının bir səbəbini yuxarıda qeyd etdiyimiz məsuliyyət hissində axtarmaq lazımdır. Əksinə, 1925-ci ildə rus və ingilisin əliylə hakimiyyəti ələ keçirmiş farslar faktiki olaraq ölkənin, bölgənin taleyi üçün məsuliyyət hissinə sahib olmadıqlarından əsrin ortalarında qədər şahlıq rejiminə, 1979-cu ildə isə teokratik diktaturaya üstünlük veriblər. Düz 29 il əvvəl farsların din şüarı altında hakimiyyətlərini bir başqa formada möhkəmlənməsinə dəstək verən türklər isə ya məhv olunublar, ya da həbsxanada, ən yaxşı halda ev dstaqlığında ömürlərini başa vurublar. İndi də farslar (fars yazanda əslində milləti deyil, İranın totalitar rejimini nəzərdə tuturuq) faktiki olaraq nə bütövlükdə İran, nə də bölgə üçün narahatdılar. Əgər narahat olsaydılar nəhəng təbii və insani potensialı olan bir ölkənin dünyaya inteqrasiyasına cəhd göstərərdilər. Bu farsların maraqları baxımından mümkün deyil. İranın demokratikləşməsi, dünyaya inteqrasiyası istər-istəməz farsın saxtakarlığını, dünyəvilik və demokratik çoxluq qarşısında gücsüzlüyünü üzə çıxaracaq. İranda cəmi üç milyon olan kürdün ortaya çıxardığı PJAK terror təşkilatının ABŞ-ın kəşfiyyat orqanları ilə əlaqədar olduğu xəbər verilir. Belə görünür ki, İraqda olduğu kimi İranda da terror aksiyalarına əl atan, ABŞ-ın bəzi dairələrinin sifarişlərini yerinə yetirən PJAK kimi kürd terror təşkilatları İranda daha çox pay almağa çalışırlar. Diktator fars və terrorçu kürd (yenə də hər hansı etnik qrupu deyil, təşkilatı nəzərdə tuturuq) sayca az olduğundan, bizim bölgələrimizə köçüb gəldiklərindən bu vətən üçün məsuliyyət daşımırlar. Düzdür, ABŞ-ın Türkiyədəki səfirin Ross Uilson bəyanlayıb ki, PJAK-la heç bir əlaqələri yoxdur və PJAK-ı terror təşkilatı sayırlar. Yeri gəlmişkən, ABŞ-ın, BMT-nin, AB-nin İrana sanksiyalarının, təzyiqlərinin artdığ bir zamanda Türkiyənin İranla enerji sahəsində müəyyən əməkdaşlığa getməsi və Ankara-Tehran əlaqələrinin normal vəziyyəti də türklərin bölgə üçün məsuliyyətinin bir nümunəsidir. Amma məsələ bundadır ki, İraqda olduğu kimi ABŞ İranın gələcəyini yazanda Türkiyə yenidən kənarda qala bilər, eyni zamanda üç milyon kürd İranda 35 milyon türkdən önəmli rol oynaya bilər. Bir sözlə, Qərb türklərin bölgə üçün böyük məsuliyyət daşıması amilini öz maraqları üçün təhlükə sayır. Qərbin məntiqiylə "bulanıq suda balıq asan tutulur". İkincisi isə həm fars-molla rejiminin, həm də ABŞ-da başda olmaqla Qərbin İranda yaşayan türklərin nüfuz və hakimiyyət sahibi olmasından qorxmasıdır. Artıq bir əsrə yaxındır ki, türklərə öz dilində danışmağa, təhsil almağa imkan verməyən, zaman-zaman soydaşlarımızı qıran fars rejimi Türkləri ingilisdən, rusdan, amerikalıdan, hətta yəhudidən təhlükəli düşmən sayır. Azərbaycan türklərinin Böyük Azərbaycanın kiçik bir hissəsində öz müstəqil dövlətini-Azərbaycan Respublikasını yaratmasını fars rejimi sinirə bilmir. Rusiya, Ermənistanla birlikdə Qarabağın işğalında, Xocalı faciəsində, Şuşanın işğalında fars-manqurt rejiminin oynadığı rol, işğal altındakı torpaqlarımızın talan olunması, Xəzərin statusu məsələsində İranın başımıza açdığı oyunlar, Güney Azərbaycanda soydaşlarımıza qanlı repressiyaları, qətliamları və s. məsələləri unutmaq mümkün deyil. Farsın türkə qarşı bu düşmənçiliyini görünəndə bəzi soydaşlarımızın İranı darmadağın etmək istəyən ABŞ-ı dəstəkləməsini başa düşmək olur. Qərbin İranda nəhəng enerji-siyasi maraqlarının olması faktdır. Amma ABŞ, AB İranda 35 milyon türkün hakimiyyətə nəzarət etməsini qeyri-mümkün sayır. Çünki dünyaya inteqrasiya olunan, bəşəri dəyərləri yüksək qiymətləndirən, demokratiyaya üstünlük verən və demoqrafik imkanları, insani potensialıyla üstün olan Azərbaycan türkləri bölgənin taleyini müəyyənləşdirə bilər. Onu da nəzərə almaq lazımdır ki, hazırda İran rəhbərliyində Azərbaycana xeyri-bəhri olmayan türklərin təmsilçiliyi də Qərbi düşünməyə (əslində şübhələnməyə) məcbur edir. Gələcəkdə İranın siyasi quruluşu yenidən biçiləndə Azərbaycan türklərinin önə çıxması perspektivi Qərbi narahat edir (Qərbin demokratik, dünyəvi Türkiyəyə münasibəti göz önündədir). Bəlkə də məhz buna görədir ki, yuxarıda qeyd etdiyimiz kimi dünyanın ən məşhur KİV-ləri Güney Azərbaycanda baş verən olayları, İranda türk faktorunu, fars-molla rejiminin soydaşlarımıza qarşı repressiyaları diqqətdən kənarda qoyur. Burada Güney Azərbaycan türklərinin təşkilatlanmamasını, uzun illər dünyada fars kimi təqdim olunmasının da mühüm rolunu vurğulamaq lazımdır. Xaricdəki güneyli soydaşlarımızın əksəriyyəti indi- indi fars deyil, türk olduqlarını başa düşməyə başlayıblar. Üçüncü isə odur ki, dünya faktiki olaraq, Güney Azərbaycanda, o cümlədən İranda fəaliyyət göstərən türk partiyaları, təşkilatları haqqında məlumatsızdır. Daha dəqiq desək, teokratik- diktatura rejimi İranda türk siyasi təşkilatlarının fəaliyyəti sadəcə olaraq, qadağandır, mümkün deyil. Bütün hallarda Güney Azərbaycan təşkilatlarını üç qrupa bölmək olar. İran rejiminin müdaxiləsi nəticəsində təşkilatlarımızın Güney Azərbaycanın gələcək taleyi, milli məsələlərdə vahid mövqeyə gəlməməsi narahatçılıq doğurur. Fikrimizcə, müxtəlif cərəyanlara məxsus soydaşlarımızın müzakirəsin qarşıdurması Güney Azərbaycan problemini dünyanın gündəminə gətirilməsinə maneçilik yaradır. İstiqlalçılar, federalçılar və solçular millətimiz qarşısında məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. İnternet saytlarında bir-birini açıq və ya dolayı ittiham edən informasiyalar yerləşdirmək əvəzinə, İranda baş verən hadisələr haqqında daha çox məlumatı dünya gündəminə çıxarmağa və Güney Azərbaycanın gələcəyi, regionda baş verən hadisələrin millətimizin taleyinə təsiri barədə müzakirələr açılmasına çalışmalıdırlar. Bu müzakirələr zamanı müxtəlif, zidd fikirlərin ortaya çıxması təbiidir. Əsas isə odur ki, bu müzakirələr gələcəkdə millətimiz, dövlətçiliyimiz naminə ən doğru qərarın verilməsinə gətirib çıxarsın. xalqcebhesi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
Təbrizdə tələbə hərəkatı fəalı həbs edilib
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
İranın 56 həbsxanasında məhbuslar aclıq aksiyası keçirirlər
İsrailli nazirdən Netanyahuya: Trampa “yox” de
Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı
Nyu-York meri özünü yalandan insan haqları müdafiəçisi adlandırır?- Əhməd Obalı
İranın Küveytə raket və PUA hücumları Körfəzdə gərginliyi artırdı
Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Bagiri Kani Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
Güneyli tədqiqatçı dünyasını dəyişib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent