"Ərk" Azərbaycan insan haqları təşkilatı bəluçlara dəstək bəyanatı yaydı

2022.11.11, 10:36
"Ərk" Azərbaycan insan haqları təşkilatı bəluçlara dəstək bəyanatı yaydı

Gunaz.tv

Qurum bəyanatda sentyabrın 30-da Zahidan şəhərində 108, noyabrın 4-də Xaş şəhərində 16 sünni məzhəbli etnik bəluçun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini  pisləyib.

"Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti İranda qeyri-farsların hüquqlarını müdafiə etmək öhdəliyinə görə həmişə İran tərəfindən qeyri-fars millətlərə, o cümlədən bəluçlara qarşı edilən zülmü pisləyib və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında onların haqlarını müdafiə edib.

"Bizim ortaq dərdlərimiz var və bu Zahidandan Təbrizə, yoxsulluq, fəsad və ayrı-seçkilik” şüarında özünü büruzə verir",-deyə, bəyanatda bildirilib.

"Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti bəyanatın sonunda bir daha sünni məzhəbli etnik bəluçların qiyamını müdafiə etdiklərini qeyd edib və bütün vətəndaşlardan öldürülən bəluçların 40 mərasiminə qatılmalarını istəyib.

Timr