SON XƏBƏRLƏR

İranın nüvə obyektləri yenidən qurulur

2026.09.18, 22:30
İranın nüvə obyektləri yenidən qurulur

Gunaz.tv

Peyk görüntüləri İranda bir neçə nüvə obyektinin ətrafında tikinti və müdafiə fəaliyyətlərinin artdığını göstərir.

Gunaz TV xəbər verir ki, Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu yeni peyk görüntülərini yayımlayaraq Pərçin kompleksində və Kohe-Kələng yeraltı obyektində yeni fəaliyyətlərin müşahidə edildiyini bildirib.

Məlumata görə, Pərçindəki “Taleqan 2” obyektində yük maşınları, buldozerlər, kranlar və beton tökmə avadanlıqları ilə bərpa işləri aparılır. Həmçinin Kohe-Kələng tunellərinin girişləri ətrafında yeni müdafiə tədbirləri yaradılıb.

İnstitut İranın nüvə fəaliyyəti ilə bağlı keçmişinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin bəzi obyektlərə çıxışının məhdud olmasına diqqət çəkərək, bu fəaliyyətləri “çox narahatedici” adlandırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi də peyk görüntülərinin Kohe-Kələng ətrafında tikinti işlərinə dair əlamətlər göstərdiyini bildirib. Lakin onun sözlərinə görə, agentliyin obyektin daxilindəki fəaliyyətlər barədə dəqiq məlumatı yoxdur və indiyədək həmin əraziyə baxış keçirmək imkanı olmayıb.

ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Kohe-Kələngdəki fəaliyyətlərlə bağlı xəbərdarlıq edərək, ABŞ-ın bu obyektləri hədəfə ala biləcəyini bildirmişdi.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar