SON XƏBƏRLƏR

ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr göndərdi

2025.04.01, 15:53
ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr göndərdi

ABŞ bir neçə A-10 bombardmançı təyyarəsini Yaxın Şərqə göndərib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Air and Space Forces Magazine” jurnalı məlumat yayıb.

"Təyyarələrlə birlikdə 300-dən çox amerikalı hərbçi də bölgəyə göndərilib. Əlavə qüvvələrin Yaxın Şərqə göndərilməsi ABŞ silahlı qüvvələrinin Yəməndəki Husi üsyançılarına qarşı əməliyyatlarının başlanması ilə əlaqələndirilir. Həmin təyyarələrə hansı xüsusi tapşırıqların veriləcəyi isə açıqlanmayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp Yəməndə təxminən bir hissəsini idarə edən Husi üsyançılarına qarşı hərbi əməliyyatın başlanmasını elan edib.

 

 

Ş.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar